Əsas səhifə » Dünyanın ən təhlükəli terrorçularından biri zərərsizləşdirilib - İraqın baş naziri

Dünyanın ən təhlükəli terrorçularından biri zərərsizləşdirilib - İraqın baş naziri

Bakı, AzerVoice

Dünyadakı ən təhlükəli terrorçulardan biri zərərsizləşdirilib.

AzerVoice xəbər verir ki, bu haqda İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin verdiyi açıqlamada deyilir.

Açıqlamada qeyd olunub ki, İraq Milli Kəşfiyyat Təşkilatının, Birgə Əməliyyat Komandanlığının və Beynəlxalq Koalisiya Qüvvələrinin dəstəyi ilə həyata keçirilən əməliyyat çərçivəsində İŞİD terror qruplaşmasının üzvü, sözdə İraq və Suriya valisi və xəlifə müavini Abdullah Məqqi ər-Rafi öldürülüb.

O, Rafinin İraq və dünya üçün ən təhlükəli terrorçulardan biri olduğunu vurğulayıb.

Qeyd edək ki, İŞİD terror qruplaşması 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərinin tamamını, eləcə də Diyala və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirmişdi. Bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın o zamankı baş naziri Heydər əl-İbadi isə 9 dekabr 2017-ci ildə İŞİD-ə qarşı qələbə qazanıldığını elan etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice