Əsas səhifə » PKK silahını yerə qoymalıdır - Bərzani

PKK silahını yerə qoymalıdır - Bərzani

Bakı, AzerVoice

İraq Kürd Administrasiyasının (İKRR) Prezidenti Neçirvan Bərzani, PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilata silahı buraxmaq çağırışından sonra PKK-nı bu mesaja əməl etməyə və onu tətbiq etməyə çağırıb.

AzerVoice-un məlumatına görə, Bərzani, silahı buraxmaq çağırışını müsbət qarşıladıqlarını bildirib.

"PKK-nı bu mesaja əməl etməyə və onu həyata keçirməyə çağırırıq. Şübhəsiz ki, artıq silah və zorakılıq deyil, sülhsevər, mədəni və demokratik mübarizə zamanıdır",- deyə Bərzani qeyd edib.

Bərzani, bundan sonrakı mərhələdə Türkiyədəki digər partiyaların da iştirakı və həmrəyliyi ilə ölkədə sülhün və sabitliyin hökm sürməsini arzulayıb.

"Biz sülh prosesini tam dəstəkləyirik və bu prosesin uğur qazanması üçün üzərimizə düşən hər bir rolu oynamağa hazırıq. Hakimiyyətə gəldiyi gündən etibarən aydın baxışla sülh üçün çalışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AK Partiya hökumətinin rolunu da qiymətləndiririk",- deyə o vurğulayıb.

Qeyd edək ki, PKK (Kürdüstan Fəhlə Partiyası - Partiya Karkerên Kurdistan), 1978-ci ildə hazırda həbsdə olan Abdullah Öcalan tərəfindən Türkiyədə qurulmuş bir terror təşkilatdır. PKK, kürdlərin hüquqlarını müdafiə etdiyini iddia edir.

Digər Kateqoriyalar

2025 © Azervoice