66
Bakı, AzerVoice
29 yanvar - 7 fevral 2025-ci il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 11 terrorçu zərərsizləşdirilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İraqın şimalında yerləşən Qara bölgəsində 7, Hakurk bölgəsində 4 terrorçu olmaqla ümumilikdə 11 PKK terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, terrora qarşı mübarizə həm ölkə daxilində, həm də sərhədlər boyu qətiyyətlə davam edir.