Əsas səhifə » İran müqavimət cəbhəsini dəstəkləməyə davam edəcək

İran müqavimət cəbhəsini dəstəkləməyə davam edəcək

BAKI,AzerVoice

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Tehranın və Bağdadın "dirəniş cəbhəsini dəstəkləməkdə qətiyyətli olduğunu" vurğulayıb.AzerVoicə xəbər verir ki, o, İraqın parlamentinin spikeri Mahmud əl-Məşhədanini Tehranda regional inkişaflar, xüsusilə Suriyada baş verən hadisələr barədə müzakirələr aparmaq üçün qəbul edib.

Qalibaf Məşhədaninin səfərinin "bölgədəki hadisələrə baxımından əhəmiyyətli" olduğunu qeyd edərək, İran və İraqın "bölgədəki sabitliyin təmin edilməsində mərkəzi rol" oynadığını əlavə edib.

"Iran və İraq rəhbərləri öz ölkələrinin bölgədəki inkişaflara təsir etməkdəki roluna qəti şəkildə inanmalıdırlar.Biz heç kimin bu mühüm rol və təsiri sual altına almasına icazə verməyəcəyik," deyə o bildirib"-deyə o qeyd edib.

Qəzzədəki atəşkəsə gəldikdə isə, Qalibaf bunu "Sionist varlığın 75 illik qeyri-qanuni mövcudluğu ərzində misli görünməmiş bir məğlubiyyət" kimi xarakterizə edib.

O bildirib ki, İsrail uzun müddət müdafiə qabiliyyətlərini "Hizbullahı məhv edəcəyinə və Cənubi Livanı ələ keçirəcəyinə inanaraq öyünüb. Lakin o, heç bir strateji məqsədinə çatmayıb, nə də ki, özünün qalib gəlməz olduğunu sübuta yetirə bilib və ya dirəniş cəbhəsini sındıra bilib."
"Bütün bunlara baxmayaraq, dirəniş cəbhəsi öz dözümlülüyünü qorudu ... Sionist düşməni məğlub etdi," deyə Qalibaf vurğulayıb.
Suriyaya gəldikdə isə, o, "düşmənin hərbi məğlubiyyətindən sonra siyasi sui-qəsdlər" barədə xəbərdarlıq edib.
Qalibaf, "İŞİD kimi terrorçu qrupların yenidən meydana gəlməsinin qarşısını almaq üçün yeni bir inklüziv Suriya hökumətinin yaradılmasına" çağırıb.
"Suriayada yaşanan hadisələrin arxasında ABŞ və Sionist düşmən durur," deyə əlavə edib və İraqa bu qarşıdurmada İranla birgə mübarizə aparmağa çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice