7
Bakı, AzerVoice
İraqın Süleymaniyyə şəhərindəki Kormor Qaz Qurğusuna pilotsuz təyyarə ilə hücum edilib.
AzerVoice xəbər verir ki, bu barədə Kürd Regional Rəhbərliyinin Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Məlumata görə, saat 19:05-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli enerji şirkəti Dana Gas tərəfindən idarə olunan Kormor Qaz Qurğusuna PUA hücumu həyata keçirilib.
Hücum nəticəsində insan itkisi və maddi ziyan olmadığı, obyektdə istehsalın normal şəkildə davam etdiyi bildirilib.
Yerli media hücumun İHA və ya Katyuşa raketləri ilə həyata keçirilə biləcəyini iddia edib.
Qeyd edək ki, Kormor Qaz Zavodu əvvəllər İHA və raket hücumlarının hədəfi olub.