Əsas səhifə » Bağdad Dəməşqlə rəsmi dialoqu nəzərdən keçirir

Bağdad Dəməşqlə rəsmi dialoqu nəzərdən keçirir

Bakı, AzerVoice

İraq hökuməti Suriyadakı yeni idarəetmə ilə rəsmi dialoq addımını nəzərdən keçirir.

AzerVoice xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn açıqlamasında baş nazir Məhəmməd əl-Sudaninin xarici işlər nazirinin Suriyaya səfəri ilə bağlı göstəriş verdiyini açıqlayıb.

Bu addım iki ölkə arasındakı ikitərəfli əlaqələri gücləndirmək məqsədi daşıyır.
Digər tərəfdən, İraqda fəaliyyət göstərərn Kürdüstan Demokrat Partiyasının siyasi bürosunun üzvü və keçmiş xarici işlər naziri Hoşyar Zibari İraqın Suriya ilə mövcud vəziyyət çərçivəsində müsbət münasibətlər qurmasının vacib olduğunu vurğulayıb.

O, Suriyadakı xaosun İraqın təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirib.

Bunun əksinə olaraq, "Qanun Dövləti" koalisiyasının lideri İran tərəfindən açıq şəkildə dəstəklənən sabiq baş nazir Nuri əl-Maliki İraqda Suriya ssenarisinin təkrarlanma ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Digər Kateqoriyalar

2025 © Azervoice