BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının İxracın İnkişafı Təşkilatı (Saudi Exports)
Səudiyyə-İraq Koordinasiya Şurası ilə əməkdaşlıq çərçivəsində
Bağdad Beynəlxalq Sərgisində iştirak edir. AzerVoice xəbər verir
ki, Səudiyyə pavilyonunda müxtəlif ixrac sektorlarını təmsil edən
55 milli şirkət yer alır.
Fevralın 1-dən 7-dək İraqın paytaxtı Bağdadda keçirilən sərgi
Səudiyyə Ərəbistanı ilə İraq arasında ticarət əlaqələrini
gücləndirmək və Krallığın aparıcı məhsul və xidmətlərini tanıtmaq
üçün dəyərli bir fürsət yaradır.
Səudiyyə İxracat Təşkilatının sərgidə iştirakı milli məhsulların
beynəlxalq bazarlardakı mövqeyini gücləndirmək, ticarət
tərəfdaşlıqlarını genişləndirmək və Səudiyyə ixracatının
rəqabətqabiliyyətliliyini, keyfiyyətini və səmərəliliyini artırmaöı
hədəfləyir.
Səudiyyə İxracat Təşkilatının baş direktoru Əbdülrəhman Əl-Suqeyr
Səudiyyə Ərəbistanının sərgidə iştirakının qonşu ölkələrlə,
xüsusilə İraqla ticarət əlaqələrini dərinləşdirmək əzmini nümayiş
etdirdiyini bildirib. O, "Jeerah və Deerah" şüarının iki ölkə
arasında mövcud olan möhkəm tarixi və qardaşlıq əlaqələrini
simvolizə etdiyini və Səudiyyə məhsullarının bölgədəki mövqeyini
daha da gücləndirdiyini vurğulayıb.
Qeyd edək ki, 2020-2024 cü illərdə Səudiyyənin İraqa qeyri-neft
ixracatı təxminən 20 milyard Səudiyyə riyalına çatıb. Bu dövrdə
metallar və onların məhsulları, qida sənayesi, elektrik
avadanlıqları və maşınqayırma ən çox ixrac olunan sektorlar
olub.
Səudiyyə şirkətləri Bağdad Beynəlxalq Sərgisində iştirak edir
6