Əsas səhifə » Demokratik şüarlar İraqda islamçılara nə üçün lazımdır?

Demokratik şüarlar İraqda islamçılara nə üçün lazımdır?

Bakı, AzerVoice/Arab.AZ

İraqda İslamçıların demokratiya ilə münasibətləri yaxşı olmasa da həmişə praqmatik olub. Müxalifət diktatura rejimlərinin legitimliyinə etiraz etmək üçün demokratik sistem tələbi bayrağını qaldıranda və ya seçkilərdə xalqın səfərbərliyinin təminatçısına çevrildikdə islamçıların ilk tələbi idarəetmə sisteminin demokratikləşdirilməsi olub. Bu demək olar ki, dünyanını siyasi islam olduğu bütün ölkələrdə berlədir.

Lakin siyasi islam partiyaları ilə demokratiya arasında seçkidən başqa heç bir əlaqə yoxdur. İraqda 1990-cı illərdən islamçılar demokratiyaya praqmatik yanaşdılar. Lakin buna baxmayaraq, onlar heç vaxt seçkilərin şəffaflığına inanmırdılar.

Bəzi islamçılar demokratiyaya inansalar da, onu müzakirə etsələr də, bəziləri isə tamamilə rədd edir.

İraqda siyasi səhnədəki fəal qüvvələr ideoloji və ya şüar baxımından siyasi islam hərəkatlarından, xüsusən də şiə siyasi islam qüvvələrindən asılıdır. Biz islamçılardan danışarkən şiə siyasi aktorların təmsil etdiyi şəxsləri nəzərdə tuturuq və onlar rejim dəyişikliyindən sonra ilk seçkilərdən bəri hakimiyyətdədirlər.

Lakin hətta onların seçki öhdəliyi ilə bağlı mövqeyi prinsipial olmayıb. Əgər seçkilər onların qələbəsi və parlamentdə kifayət qədər mandat qazanması ilə nəticələnərsə, hakimiyyət qənimətlərini bölüşməyə imkan verirsə, o zaman onlar hakimiyyərtin bir parçasına çevrilirdilər. Seçki vədləri isə ya arxa plana keçirdi ya da tamamən unudulurdu.Bəzən isə sünii problemlər yaradılır və yeni gündəm ortalığı qarışdırırdı.

Amma nəticələr ağır məğlubiyyət və ya gözləniləndən az yer tutanda, səs-küy və etirazlar artır, seçkilər qeyri şəffaf və saxta elan edilirdi.

Məğlubiyyəti izah edə biləcək bütün sui-qəsd nəzəriyyələri gündəmə gətirilir. Təbii ki, xarici dövlətlərin seçkinin nəticələrini manipulyasiya etmək üçün plan qurduqları da istsian edilmir.

Ötən illərdə İraqda əsas seçki nəticələrinin funksiyası siyasi liderlər arasında razılaşmalar və kompromislər sisteminə legitimlik vermək olub. Bu, ümumilikdə demokratiya, xüsusən də seçkilər haqqında problemli düşüncənin məhsuludur.

Çünki siyasi təbəqənin liderləri hesab edirlər ki, istənilən seçki məğlubiyyəti parlamentdəki yerlərin sayı ilə məhdudlaşmayacaq və onları hakimiyyət və nüfuz uğrunda rəqabət meydanından kənarda qoyacaq. Onlar 20 ildən artıqdır ki, hakimiyyətin qənimətini bölüşdürmək, dövləti və onun qurumlarını partiya liderlərinin tərəfdarları və ətrafı üçün şöbələrə çevirmək qaydaları əsasında siyasi sistem qurmağa çalışıblar.

İraqdakı “demokratiya” hibrid modeldir. Hökumətlərin yaradılması və hakimiyyətin bölüşdürülməsi konsensusa əsaslanır. Bir çox qərarların məzhəb çoxluğunun iradəsi ilə verilməsi nəzərdə tutulur. Bu səbəbdən də son illərdə səhnənin önündə olan siyasi liderlər öz aralarında razılaşma və kompromislərə demokratik modelin yeni prinsiplərini qurmaq istəyirlər. Seçkilərdə məğlubiyyətlərinin nəticələrinin təhlükəli olduğunu hiss etdikdə, barışdırıcı quruluşa qarşı çevriliş xəbərdarlığı tonunda siyasi diskurs inkişaf etdirməyə başlayırlar. Parlamentdə çoxluğa sahib olduqları halda seçicilərinin əksəriyyətinin iradəsi prinsipi əsasında bir çox qərarlar qəbul etməyə çalışırlar.

2005-ci ildə İraq konstitusiyasının yazılmasına töhfə verən islamçılar üçün demokratik dövlət quruculuğu önəmli deyildi. Konstitusiya yazılarkən isə, məhz onların təkidi ilə, “İslam dövlətin rəsmi dini və qanunvericiliyin əsas mənbəyidir” maddəsi əlavə edilib. Həmin maddənin “A” bəndində isə deyilir : İslamın müəyyən edilmiş müddəalarına zidd qanunlar qəbul etmək olmaz”.

Əslində islamçıların dövlətə və cəmiyyətə qarşı öz şəriət anlayışlarını üstüörtülü və ya açıq şəkildə tətbiq etmək üçün apardıqları mübarizə onların siyasi xəyallarına hakim olan dini bir hökumət qurmaq istəklərini ehtiva edir.

İraqda Qədir-Xum bayramının dövlət bayramı kimi qəbul edilməsi ilə bağlı qanunun qəbulunda çoxluq prinsipinə açıq şəkildə istinad edilib. Burada parlamentdə təmsil olunan siyasi çoxluğun şiə komponentini təmsil etdiyi, Qədir-Xum bayramının şiə rəvayətlərinin imamət və idarəçiliklə bağlı məsələlərə əsaslandığı tarixi bir gün olduğu iddia edilib.

Burada ironiya ondan ibarətdir ki, hazırda fəal olan şiə siyasi hakim qüvvələri öz çoxluq anlayışını müəyyən etməyiblər. Bu çoxluq şiə məzhəb komponentini təmsil etmələrinə əsaslanır, yoxsa parlamentdə siyasi varlığı?

Görünür, İtraqda şiə hakim qüvvələrin rəftarlarını praqmatik düşüncələr və davranışlar idarə etdikcə, demokratiya ilə bağlı seçməlik davam edəcək. Onlar demokratiyanın seçkili olmasını istəyirlər, bir şərtlə ki, bu, seçkilərdə onların qələbəsinə zəmanət versin.

İraqdakı hakimk şiə siyasi İslam düçüncəsinə görə, ali dini təbəqənin liderləri öz kütlələri qarşısında məsuliyyət daşımalı deyillər. Dövlətin mali və mülkü bu şəxslər arasında rahat şəkildə bölüşdürülə bilər. Onlar öz islamçı ideologiyalarına uyğun qanun və qaydalar qəbul etmək istəyəndə “demokratiya çoxluğun hakimiyyətidir” şüarını səsləndirən səsləri ucalır.

Digər Kateqoriyalar

2024 © Azervoice