Bakı, AzerVoice
İordaniyanın baş naziri Bişr əl-Hasavne, ümumi seçkilərdən sonra İordaniya kralı II Abdullaha istefa ərizəsini təqdim edib.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası Əl Mamlakan məlumat verib.
Məlumat üçün qeyd edək ki, İordaniyada keçirilən hər parlament seçkisindən sonra hökumət yeni hökumətin qurulmasına hazırlıq məqsədilə istefa ərizəsini krala təqdim edir.
Bişr əl-Həsəvnə hökuməti 12 oktyabr 2020-ci ildə yaradılıb.
İordaniyada sentyabrın 10-da keçirilən seçkilərdə ölkə üzrə 197 yerli və ümumi siyahıdan 1 623 namizəd parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 138 yer uğrunda mübarizə aparıb.
Qeyd edək ki, İordaniyada parlament iki qanaddan ibarətdir. Seçki yolu ilə müəyyən edilən Nümayəndələr Palatası və üzvləri Kral tərəfindən təyin olunan Senat.
Hafiz Rufizoğlu