Bakı, AzerVoice
İordaniyanın xarici işlər naziri Aymen əs-Safedi, bölgədə
təhlükəsizlik və sabitlik mövzusunda əməkdaşlığın vacibliyini
vurğulayıb.
AzerVoice xəbər verir ki, o bu barədə
Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə
mətbuat konfransında danışıb.
Safadi bildirib ki, Türkiyə ilə koordinasiya bölgədə
təhlükəsizlik və sabitliyin artmasına töhfə verəcək və qarşılaşılan
çətinliklərin həllində mühüm rol oynayacaq.
"Biz bölgədə təhlükəsizlik və sabitliyin güclənməsi üçün Türkiyə
tərəfi ilə sıx əməkdaşlıq edirik. Türkiyənin təhlükəsizliyinə
təhdid yaradan hər bir məsələ bölgənin də təhlükəsizliyinə
təhdiddir."- deyə Safadi vurğulayıb.
Nazirlər regional məsələlərdə birgə fəaliyyətin davam edəcəyini qeyd ediblər.