Əsas səhifə » Kofein qəbulu Alzheimer simptomlarını azalda bilər

Kofein qəbulu Alzheimer simptomlarını azalda bilər

Bakı,AzerVoice

Fransada bir qrup 2010-2015-ci illər arasında yüngül koqnitiv pozğunluq və ya Alzheimer diaqnozu qoyulmuş xəstələr haqqında məlumatları araşdırıb.

Bu araşdırmaya qatılan 70 yaşdan yuxarı 263 nəfərin kliniki qiymətləndirmələri aparılıb.

Gündə orta hesabla 200 milliqramdan bir qədər çox kofein qəbul edənlər “az” kofein qrupuna, daha çox kofein qəbul edənlər isə “yüksək” kofein qrupuna daxil edilib.

Məlumatlar göstərdi ki, daha az kofein qəbulu yaddaş problemləri ilə bağlı yüngül koqnitiv geriləmə riskini artırır.

Qeyd etmək lazımdır ki, bu araşdırma kofein qəbulunun Alzheimer simptomlarına təsirini tam başa düşmək üçün kifayət deyil. Lakin kofeinin sağlamlığa müsbət təsirlərini nəzərdən keçirdikdə, səhər qəhvəniz və ya günorta şokoladlı qəlyanaltınız bədəninizi uzun illər sağlam saxlamaqda böyük rol oynaya bilər.

Digər Kateqoriyalar

2024 © Azervoice