Bakı,AzerVoice
Peyğəmbərimizin (s) dövründə Kəbənin idarəçiliyi yəhudi ailəsinə
verilibmi? İddiaya görə,Məkkə əhli buan qarşı çıxsalar da,
Peyğəmbərimiz (s) bildirib ki , bu iş səlahiyyətli şəxslərə
verilməlidir bu məsələdə təcrübə sahibidirlər. Bu məlumat nə qədər
doğrudur?
Kəbənin idarəçiliyinin yəhudilərə verilməsi ilə bağlı heç bir
məlumat yoxdur və bu iddia tam olaraq əsassəzdır.
Məsələnin həqiqəti budur:
Məkkə fəth olunduğu zaman Kəbənin açarı Məkkə fəth edilməmişdən
əvvəl müsəlman olan Osman ibn Təlhaya verildi. İbn Təlha Qureyşin
Əbdüddaroğulları qəbiləsindən idi.
Qureyşin əcdadı Qusaydan bəri Əbdüddaroğulları Kəbənin baxımı, qapı
və açarlarının qorunması, ziyarətçilərin üzünə açılması kimi mühüm
bir vəzifə yerinə yetirmişdir. Bu vəzifə atadan oğula keçərək,
Osman ibn Təlhaya çatdı.
İslama dəvətin ilk illərindəPeyğəmbərimizə və digər müsəlmanlara
şiddətlə qarşı çıxan Osman ibn Təlha öz qəbiləsindən olan gənc
Musab ibn Ümeyrin müsəlman olduğunu və gizli namaz qıldığını
görəndə ondan ailəsinə şikayət etdi və Allah Rəsulu ilə görüşə
bilməməsi üçün onun bir müddət evdə həbs etdirdi.
Bir gün Peyğəmbər Məkkədə Osmanla görüşəndə ona İslamı qəbul
etməyi təklif etdi. Lakin Osman, bu təklifi rədd etdi. Peyğəmbər
ona gələcəkdə Kəbənin açarlarına sahib olacağını və bu açarları
istədiyinə verəcəyini söylədi.
Osman belə bir vəziyyətin Qureyşi alçaldacağını iddia etdi. Osman
ibn Təlhanın İslama qarşı düşmənçiliyi hicrətdən sonra da davam
etdi.
O, bütün qohumları ilə birlikdə Uhud döyüşündə iştirak etdi. Osman
bu döyüşdə Məkkə mü.riklərinin ordusunda vuruşurdu, döyüşdə onun
atası, dörd qardaşı və əmisi öldürüldü.Osman özü canını çətinliklə
qurtarıb Məkkəyə qaçdı. Osman yenə Xəndək döyüşündə müşriklərin
ordusunda vuruşdu və uğursuz hücümdan sonra Məkkəyə qayıtdı. Osman
ibn Təlhanın İslama baxışı , Hudeybiyyə sülhü əsnasında dəyişməyə
başladı. Daha sonra Osman ibn Təlha yaxın dostu Xalid ibn Valid ilə
birlikdə İslamı qəbul edərək müsəlman oldular.
Osman ibn Təlha müsəlman olduqdan az sonra Məkkənin fəthində
iştirak etdi. Mədinəyə hicrət etməzdən əvvəl Kəbənin açarlarını
anasına vermişdi.
Məkkə fəth olunduğu zaman Peyğəmbər Kəbəni təvaf etdi və daha sonra
Osmana Kəbənin qapısını açdırdı. İçindəki bütləri qırdı və oranı
təmizlədi.
Kəbənin içində çıxdıqda səhabələrədn Abbas və Əli, Kəbənin
açarlarının onlara verilməsini istədikdə, Allah Rəsulu Osman ibn
Təlhaya üzünü tutaraq, Kəbənin açarları ilə bağlı söhbətlərini ona
xatırlatdı.
Buna əsasən belə bir nəticəyə gəlmək olar ki, müsəlmanları öz
işlərində mühüm vəzifələrə təyin edərkən onların irsi yaxınlığa
görə deyil, müsəlmanlar arasından səriştəli və bacarıqlı şəxslərə
təyin edilməsinin məqsədəuyğun olduğunu bilmək lazımdır.