Bakı,AzerVoice
Dəfnə yarpağının istehsal olunduğu ölkələr arasında Türkiyə əhəmiyyətli yer tutur.
Latın adı "laurus nobilis" olan dəfnə yarpağı əslində Aralıq dənizi bölgəsinə xas bir növ kimi tanınır.
Dəfnə yarpaqları əslində bir çox məqsədlər üçün istifadə olunur. Ədviyyat və aromatik dadlandırıcı kimi, kosmetika, tibb sahələri, farmakologiya və kimya sənayesi kimi geniş sahələrdə dəfnə yarpağından istifadə edilir.
Dəfnə yarpağı daha çox Uzaq Şərq və Şərqi Asiya ölkələrinə ixrac edilir. Türkiyənin ən çox dəfnə yarpağı ixrac etdiyi ölkələr əsasən Çin, Vyetnam, Tayland, Filippindir. Bundan başqa, ABŞ, Braziliya, Myanma, Almaniya kimi ölkələr də dəfnə yarpağının ixrac edildiyi ölkələr sırasındadır.
Türkiyədə uzun illər mövcud olsa da, onun istehsalına 2000-ci illərdən başlayıb.
2000-ci ildə 6 min 500 ton olan dəfnə yarpağı istehsalı 2010-cu ildə 15 min 500 tona yüksəlib. 2020-ci ildə bu rəqəm 44 min tona çatır. 2021-ci ildə 45 min tondan çox, 2022-ci ildə 47 min tondan çox dəfnə yarpağı yığılır.
Türkiyənin 2000-ci illərdə 10 milyon dollar olan dəfnə yarpağı ixracatı, 2023-cü ilin sonuna qədər 100 milyon dollara yüksəlib.
