BAKI,AzerVoice
İslam mədəniyyətində ədəbiyyat və incəsənətə hər zaman böyük
əhəmiyyət verilmişdir. Bu iki sahə müsəlman dünyasında
islamaqədərki dövrdə də mövcud idi. Lakin müsəlmanların
yaradıcılığı ədəbiyyatı da, incəsənəti də inkişaf etdirdi. İslamın
gəlişi ilə ədəbiyyat və incəsənət yüksək mərtəbəyə ucalmışdır.
Müsəlmanlar geniş coğrafiyada yaşadıqları üçün
İslam ədəbiyyat və incəsənəti müsəlmanların qeyri-müsəlman
ölkələrdə yaratdıqları əsərləri də ehtiva edir.
Həm bu, həm də növbəti fəsildə İslam ədəbiyyatından bəhs olunur.
Ədəbiyyatda dil və dilin ifadə imkanları əsasdır. İslam
mədəniyyətinin forma və məzmun xüsusiyyətləri, estetik yenilikləri
maraq doğurmuşdur. Hər mədəniyyətin özünəməxsus forma, metafor,
simvol, motivləri vardır. Bununla əlaqəli şəxsi təcrübəmdən bir
nümunə vermək istəyirəm.
İngilis və Amerikan ədəbiyyatını tədqiq etdiyim zaman
yəhudi-xristian, Yunan-Roma mədəniyyətinin təsirlərinə şahid oldum.
Hətta ateist olduğunu israrla bildirən bir müəllifin romanında
xristian və yaxud yəhudi təəssübkeşliyini görmək mümkündür. İslam
ədəbiyyatı müsəlman dünyasının ruhunu əks etdirir və
özünəməxsusdur.
Müsəlman yazıçılar uşaq vaxtlarından Quran və İslam elmlərini
öyrənmişdir. XX əsrin sonlarına qədər bu elmlər nöqsansız idi.
Mərkəzində yalnız insanın dayandığı, Qərbin təsirində qalan müasir
ədəbiyyatda cəmiyyət deyil, fərd aparıcıdır. İslamdan əvvəlki ərəb
ədəbiyyatı müsəlman ərəblərin ədəbi ənənələri davam etdirmələri
üçün zəngin bazadır. Bu ədəbiyyat şeir, bəlağət və folklordan
(əsasən də əfsanələşən qəbilələr tarixindən) ibarət idi. Qəbilə
mədəniyyəti ilə formalaşmış və müəyyən mövzularla
məhdudlaşdırılmışdı.
Demək olar ki, bütün mövzular ortaq idi. Kişi cinsindən olan
qeyri-adi qəhramanın başqa bir kişiyə, düşmən bir qövmə, bir qadına
və yaxud hər üçünə də birlikdə qalib gəlməsi ədəbi mətnlərin
əsasını təşkil edirdi. Digər ortaq cəhət isə intiqam mövzusudur.
Bir çox hekayə və şeirdə tarixi qəhrəman, əsas qəhrəman və yaxud
müəllifin ikinci bir obrazı sonda qalib gəlmək üçün süjetə daxil
etməsi maraq doğururdu. Bu tip ədəbi metod və priyomlar “Minbir
gecə nağılları” və Molla Nəsrəddin lətifələrində öz əksini tapan
ədəbiyyat ənənəsinin təşəkkülünə xidmət etmişdir. Rene R. Kavamın
tərcümə edib hazırladığı “Zərif aldatma: Ərəb müdrikliyi və
fəndgirliyi” adlı antologiya bu ənənəni davam etdirən
nümunələrdəndir.
Bu hekayələr xəlifələr, krallar, sultanlar, valilər, qazılar,
vəkillər, şahidlər və şərəfli bir məqsəd üçün hiyləyə əl atan
dindar insanlar haqqında yazılmışdır.
Tarixi hadisənin bəzən əfsanəyə çevrilməsi maraq doğurur. Reynold Nikolsonun “Literary History of the Arabs” adlı əsərində nəql etdiyi hekayə buna dair ən yaxşı misaldır. Bu hekayədə Cənubi Ərəbistandakı Məribdən çıxan bir köç hekayəsindən danışılır. Köçdən çox sonralar meydana gələn başqa bir tarixi hadisə həmin köçün səbəbi kimi göstərilməyə çalışılmışdır. Məribdəki səddin dağılmasının elə böyük təsiri olmuşdur ki, ərəblər arasındakı şöhrəti İslam dövründə də davam etmişdir.
Hekayə bu şəkildə davam edir. Mərib kralının həyat yoldaşı
yuxusunda səddin aşacağını görür. Kral buna əhəmiyyət verməsə də,
həyat yoldaşının yuxusu ilə səddə baş verən bir hadisənin
bir-birinə uyğun olması onu şübhələndirir. Həmin bölgədən çıxmaq
istəyir, lakin öz xalqını şübhələndirməmək üçün özünü oğlu ilə
münaqişə edirmiş kimi göstərir. Xalqın qarşısında yumruqlaşırlar və
kral bir oğulun atasını vurduğu bir yerdə yaşaya bilməyəcəyini
söyləyir.
Var-dövlətini satır və daha sonra xalqına bölgədən getməyinin
həqiqi səbəbini bildirir. Məribdən “başçılıq etdiyi əhali ilə
birlikdə” çıxır. Qısa müddət sonra sədd aşır və ölkə sel altında
qalır.
Bir digər əfsanə də Səbə kraliçası Bilqeys haqqındadır. Başqa bir əfsanədə oğlunun intiqamını almaq üçün İrana qarşı müharibə elan edən Əsədin qəhrəmanlıq hekayəsi nəql edilir. Əsəd Kamil və üç cadugərin hekayəsi, taxt-tacından əl çəkib özünü Tanrıya həsr etmiş Numan və sevdiyi qadına qarşı olan hədsiz sevgisi sayəsində ondan heç xoşu gəlməyən bir qadını özünə aşiq edən şair Ədi.
Cəzimənin nağıllarda və atalar sözlərində xüsusi yeri vardır. Bu
qəhrəman elə təkəbbürlüdür ki, yalnız göydəki iki ulduzun onun
yoldaşı ola biləcəyini söyləyir. Döyüşlərin birində Mezopotamiya
şahzadələrindən Zəbbanın ərini öldürür və Zəbba kraliça olur.
Cəsur və əzmli bu qadın ərinin intiqamını almaq üçün Cəziməni hiylə
ilə ələ keçirir və ölənədək bütün qanını qızıl bir kasaya doldurur.
Çünki bir kahin Zəbbaya deyir ki, əgər onun qanının bir damcısı da
yerə tökülsə bu cinayətin intiqamı alınacaqdır. Cəzimənin qardaşı
oğlu ilə oğlu kraliçanı tuneldə ələ keçirirlər. Yenə də intiqam ala
bilmirlər. Çünki kraliça üzüyündə gizlətdiyi zəhəri içərək intihar
edir. Ölmədən əvvəl özünü öldürməsi ilə fəxr edir.Əmr ibn Ədinin
əmisi və Tənuxun son kralı. Cəzimə öldürüldükdən sonra oğlu
olmadığı üçün qardaşı oğlu Ədi Ləxmi kral olmuşdur.
Palmira kraliçası Zəbban (240-274) tərəfindən öldürülmüşdür. Bu
hekayələr İslamdan təxminən iki əsr sonra Abbasilər dövründə
yazılmışdır. Bu antologiyaların bədii-estetik cəhətdən ən dəyərli
əsəri Əbülfərəc İsfəhaninin iyirmi cilddən ibarət
“Kitabül-Əğani”sidir (Mahnılar kitabı). Böyük tarixçi ibn Xəldun bu
əsərin “ərəblərin şeir, tarix, musiqi və digər sahələrdə istedadlı
xalq olduqlarını göstərdiyini” bildirir.