Əsas səhifə » Ayda müsəlman alimlərin şərəfinə verilmiş krater adları

Ayda müsəlman alimlərin şərəfinə verilmiş krater adları

Bakı,AzerVoice

Ayın 24 kraterinin islam mənşəli adlarının olduğunu bilirdinizmi? Bu kraterlər İslam sivilizasiyasının məşhur alimlərinin adını daşıyır və hamısı Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir.

Gəlin Ayda ərəb və islam krater adlarını araşdıraq...

Əbülfəda krateri
Tanınmış suriyalı coğrafiyaşünas İsmayıl İbn Əbu əl-Fidanın (m. 1273-1331) şərəfinə adlandırılmışdır. Bu krater ayın mərkəzindəki yüksək dağlıq ərazidə yerləşir.

Əbülvəfa krateri
Tanınmış fars riyaziyyatçısı və astronomu Əbu əl-Vəfa əl-Buzacaninin (m. 940-998) şərəfinə adlandırılmışdır. Əbul Vəfa adlı krater ayın ekvatorunun yaxınlığında yerləşən kraterdir.

Əl-Bəkri krateri
Tanınmış Əndəlus coğrafiyaşünası (1010-1094) Əbu Ubeyd Abdullah İbn Əbdül-Əziz İbn Məhəmməd əl-Bəkrinin şərəfinə adlandırılmış bir kraterdir.

Əl-Biruni krateri
Tanınmış astronom, riyaziyyatçı və coğrafiyaçı Əbu ər-Rayhan Məhəmməd ibn Əhməd əl-Biruninin şərəfinə adlandırılmışdır kraterdir.

Əl-Xarəzmi krateri
Xarəzmdən olan Bağdad riyaziyyatçısı və astronom Məhəmməd ibn Musa əl-Xarəzminin adını daşıyan kraterdir.

Əl-Mərrakuşi krateri
Mərakeşdən olan məşhur astronom və riyaziyyatçı Əbu 'Əli əl-Həsən İbn Əli əl-Mərrakuşinin şərəfinə ayda adlandırılan kraterdən biridir.

Albategnius krateri
Məhəmməd ibn Cabir Əl-Battani (lat. Albategnius) Harrandan, Mesopotamiyadan olan məşhur ərəb astronomu və riyaziyyatçısının adını daşıyan kraterdir. Albategnius krateri ayın dağlıq ərazisində yerləşir.

Alfraqanus krateri
Fars əsilli Bağdad astronomu Əbu əl-Abbas Əhməd İbn Məhəmməd İbn Kəsir əl-Fərqaninin şərəfinə adlandırılmışdır kraterdir.

Alhazen krateri
İraqdan olan tanınmış riyaziyyatçı, astronom və fizik Əbu Əli əl-Həsən İbn əl Heysəmin (lat. Alhazen) şərəfinə adlandırılmışdır kraterdir.

Almanon krateri
Bağdadda astronomik müşahidələr və ölçülər də daxil olmaqla elmi tədqiqatları dəstəkləyən Abbasi xəlifəsi Əbu Cəfər Abdulla əl-Məmun ibn Harun ər-Rəşidin şərəfinə adlandırılmışdır.

Alpetragius krateri
Məşhur Əndəlus astronomu Əbu İshaq Nurəddin Əl-Bitruci Əl-İşbilinin (lat. Alpetragius) şərəfinə verilmiş kraterdir.

Arzachel krateri
Əndəlusun aparıcı riyaziyyatçısı və dövrünün ən qabaqcıl astronomu Əbu İshaq İbrahim ibn Yəhya ən-Nəqqaş əz-Zərqalluh və ya əz-Zərqalinin (lat. Arzachel) şərəfinə adlandırılmışdır;

İbn Sina krateri
Tanınmış filosof, həkim və alim Əbu Əli əl-Hüseyn İbn Sinanın (lat. İbn Sina) şərəfinə adlandırılmışdır krateridir.
Azofi krateri
Fars mənşəli məşhur astronom, Abdurrahman al-Sufinin lat. Azophi) şərəfinə adlandırılmış kraterdir.

Geber krateri
Əndəlus astronomu Əbu Məhəmməd Cabir İbn Əflah əl-İşbilinin (lat. Geber) şərəfinə adlandırılmış kraterdir.

İbn Bəttuta krateri
Məşhur Mərakeş coğrafiyaçısı və səyyahı Əbu Abd Allah Məhəmməd İbn 'Abd Allah İbn Battutanın (1304-1377) şərəfinə adlandırılmışdır kraterdir.

İbn Firnas krateri
Əndəluslu ixtiraçı Əli İbn Firnasın (latınca adı Firman) şərəfinə adlandırılmışdır krateridir.

İbn Yunus Krateri
Tanınmış Misir astronomu (950-1009) Əbu əl-Həsən ben Əhməd ibn Yunus əs-Sədafinin şərəfinə adlandırılmış kraterdir.

İbn Rüşd Krateri
Məşhur Əndəlus filosofu və həkim (1126-1198) Əbu əl-Valid Məhəmməd İbn Əhməd İbn Rüşdün (lat. Averroës) şərəfinə adlandırılmış krateridir.

Messala krateri
Bağdadda yaşamış fars astronomu və astroloqu (təxminən 740-m. 815) Maşa Allah ibn Athari əl-Bəsrinin (lat. Messala) şərəfinə adlandırılmış kraterdir.

Nəsirəddin krateri
Adını daha çox Nasirəddin ət-Tusi kimi tanınan tanınan Məhəmməd ibn Məhəmməd ibn əl-Həsən ət-Tusinin şərəfinə adlandırılıan kraterdir.

Ömər Xəyyam krateri
Fars riyaziyyatçısı, astronomu və şairi Ömər Xəyyamın şərəfinə adlandırılmış kraterdir.

Thebit Krater
Tanınmış İraq alimi və astronomu (836-901) Sabit İbn Qurrah əs-Sabi əl-Harrani Sabit İbn Qurranın (lat. Thebit) şərəfinə adlandırılmış krateridir.

Uluq Bəy Krateri
Uluq bəy Səmərqənd sultanlığının Teymuri hökmdarı, eyni zamanda astronom və riyaziyyatçı olan Mirzə Məhəmməd Tərəqay bin Şahrux ( digər adı Uluq bəy) şərəfinə adlandırılımış krater.

Digər Kateqoriyalar

2024 © Azervoice