Əsas səhifə » Avropanın ən sakit bölgələri hansılardır?

Avropanın ən sakit bölgələri hansılardır?

BAKI,AzerVoice

Qəsəbə və şəhərlər hər il daha da səs-küylü və izdihamlı hala gəldikcə, bir çox səyahətçinin istirahət zamanı sakitlik və dinclik axtarması təəccüblü deyil.

Povys, Uels

Yaşıl təpələr, gözəl çöllər və qədim irs məkanları ilə tanınan Povys, sakit kənd həyatı sevənlər üçün uzun illərdir populyar bir seçimdir.

Povys, eyni zamanda ulduz müşahidəsi üçün də ideal yerdir. Birləşmiş Krallıqda “qaranlıq səma zonaları” baxımından ikinci yerdədir.

İsveçrənin Sürix şəhəri

Baxmayaraq ki, Sürix bir şəhərdir, o, hələ də tipik şəhər xaosundan uzaq bir dünya olaraq qalır. Eşitmə texnologiyaları sahəsində fəaliyyət göstərən Mimi şirkətinin ÜST məlumatlarına əsaslanaraq 2021-ci ildə apardığı araşdırmaya görə,

Sürix dünyada səs-küy çirkliliyinin ən az olduğu şəhərdir.

Qarla örtülü dağlar, sakit göllər və gəzilə bilən küçələr sayəsində Sürix bu ilin əvvəlində Avropanın yaşamaq üçün ən uyğun şəhəri seçilib.

İspaniyada Park del Montneqre

Barselona bölgəsində qoruma altına alınmış böyük təbii ərazi olan Montneqre Massifində yerləşən bu dağlıq sahə, 2021-ci ildə Quiet Parks International tərəfindən İspaniyanın ilk “Şəhər Səssiz Parkı” elan edilib.

Barselonadan avtomobillə cəmi 40 dəqiqəlik məsafədə yerləşən, şam meşələri və orta əsrlərə aid kilsələrlə əhatələnmiş 15 hektarlıq bu bölgənin yaxınlığında milyonlarla insan yaşayır.

İsveçdəki Bohuslan sahilləri

İsveçin qərb sahilində, şimalda yerləşən Bohuslan bölgəsi Avropa Ətraf Mühit Agentliyi tərəfindən Avropanın ən sakit bölgələrindən biri olaraq tanınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice