Əsas səhifə » Saqqız çeynəmək diqqəti artırır

Saqqız çeynəmək diqqəti artırır

BAKI, AzerVoice

Yeni araşdırmalar göstərir ki, saqqız çeynəmək diqqət səviyyəsini artırmağa kömək edə bilər.

AzerVoice xəbər verir ki, Ankara Universiteti Tibb Fakültəsində aparılan araşdırma nəticəsində saqqız çeynəməyin diqqət əskikliyi və hiperaktivlik pozğunluğu (DEHB) olan şəxslərə müsbət təsir etdiyi müəyyən edilib.

Təcrübə zamanı 35-i DEHB diaqnozu qoyulmuş, 30-u isə sağlam olmaqla ümumilikdə 65 iştirakçı müşahidə edilib.

Araşdırma qrupu, Dos. Dr. Berker Duman və Dr. Kazım Cihan Can, saqqız çeynəyən iştirakçıların diqqət səviyyələrində əhəmiyyətli artım müşahidə etdiklərini bildiriblər. Tədqiqat 2 il davam edib və iştirakçılar kompüter oyun mühitinə bənzər bir performans proqramında test edilib. Alimlərin sözlərinə görə, saqqız çeynəmək hər kəs üçün eyni dərəcədə təsirli olmaya bilər, lakin tələbələr və diqqət problemləri yaşayan şəxslər üçün faydalı bir üsul ola bilər.

Qeyd edək ki, daha əvvəl də bəzi elmi tədqiqatlar saqqız çeynəməyin beynin fəaliyyətini artırdığı və diqqəti toplamağa kömək etdiyini göstərmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice