BAKI,AzerVoice
NASA-nın Ceyms Uebb Kosmik Teleskopu Neptunun qütb üfüqündə parlaq aurora aktivliyini müşahidə edib.
AzerVoice xəbər verir ki , NASA astronomları ilk dəfə Neptunda auroralarla bağlı trihidrogen katyonunun (H3+) varlığını göstərən fərqli emissiya xətti aşkar ediblər. Bu kəşf planetin maqnit sahəsi və atmosfer dinamikası haqqında yeni məlumatlar əldə etməyə imkan yaradır.
Webb teleskopu tərəfindən çəkilən görüntülərdə Neptunun atmosferində mavi rəngli parlaq auroralar diqqət çəkib. Northumbria Universitetindən tədqiqatın aparıcı müəllifi Henrik Melin kəşflə bağlı , “Mən təkcə auroraları görməkdən deyil, imzanın detalları və aydınlığı ilə həqiqətən şok oldum”. - deyə bildirib.
Qeyd edək ki, Neptunda aurora aktivliyi Günəş küləkləri və planetin güclü maqnit sahəsi ilə əlaqədardır. Bu müşahidələr alimlərə Günəş sisteminin ən uzaq planetlərindən biri haqqında daha dəqiq məlumatlar əldə etməyə kömək edəcək.