BAKI,AzerVoice
Cənubi İraqda edilən bir kəşf, 'antik bürokratiya' dünyasına nadir bir baxış imkanı yaradıb. British Museum və İraqdan olan araşdırmaçılar, erkən dövr Akkad imperiyasının ətraflı qeydini təqdim edən 200-dən çox gil cərx yazılı tablet və 60 möhür tapıblar.
Antik Sümer şəhəri Girsu'da (bu gün Tello adlanır) tapılan 4.000 illik bu tabletlər, arpa təyinləri, heyvandarlıq əməliyyatları və hətta imperiyanın sərhədlərində bir qoyunun ölümü kimi adi şeylərdən anıtsallığa qədər hər şeyi göstərir.
"Bunlar imperiyanın hesab cədvəlləri, dünyadakı ilk imperiyanın ilk maddi sübutlarıdır",- deyyı British Museum-un antik Mezopotamiya küratoru və Girsu Projesinin direktoru Sebastien Rey bildirib.
Bürokratiyanın müasir bir icad olmadığını düşünməməyimiz üçün Rey, imperiyanın bürokratik prosedurlara olan marağını vurğulayıb.
Akkad dövrünə (e.ə. 2300-2150) aid olan idarəetmə qeydləri xəzinəsi, dünyanın məlum olan ilk imperiyası olan Kral Sargonun rəhbərliyi altında Akkad İmperatorluğunun ilk konkret sübutlarını təqdim edir. Rey, tabletin dövlət arxivi binasında saxlanıldığını və imperiyanın daxili işlərini ətraflı sənədləşdirdiyini açıqlayıb. O, bu tabletin "imperiyanın həqiqətən necə işlədiyinə dair ilk maddi sübutlar" olduğunu da əlavə edib.
Rey’in açıqlamasına görə, tapıntılar həmçinin qadınların bu erkən imperiyada mühüm rollar oynadığını göstərir. Rey, cəmiyyətin ata soyu ilə gəlsə də, qadınların, o dövr üçün qeyri-adi olan yüksək rahibə vəzifələri də daxil olmaqla əhəmiyyətli vəzifələrdə olduqlarını qeyd edib.
"Qadınlar dövlət içində mühüm vəzifələr tuturdular. Məsələn, böyük ölçüdə kişilər tərəfindən idarə olunan bir cəmiyyət olmasına baxmayaraq, yüksək rahibələrimiz vardı. Lakin qadının rolu ən azından digər bir çox cəmiyyətdən daha yüksək idi və əlimizdəki sübutlara əsasən bu inkar edilə bilməz,",- deyə o vurğulayıb.