BAKI,
AzerVoice - Nərmin Ağayeva
Atomu parçalayan ilk insan kimdir?
Bu sual elm tarixinin ən mühüm suallarından biridir və onun cavabı
göründüyü qədər sadə deyil. Atomun parçalanması ideyaları çoxdan
var idi, lakin onun elmi təsdiqi və praktiki tətbiqi uzun illər
tələb etdi.
Ernest Ruterford və onun nəaliyyəti
1919-cu ildə Yeni Zelandiyalı alim Ernest Ruterford, Mançesterdəki Viktoriya Universitetində apardığı təcrübələrlə atomun parçalanması istiqamətində ilk addımı atdı. O, azot qazını radioaktiv hissəciklər şüasına məruz qoyduqda, qaz hidrogen nüvəsini qarışdırdı və oksigenə çevrildi. Bu kəşf ilə, Ruterford və onun komandası fizika tarixində dərin iz qoydu.
Ruterfordun təcrübələri atomun daxilində baş verə biləcək nüvə reaksiyalarının mümkünlüyünü göstərdi. Lakin o, "atomu parçalamaq" ifadəsi yerinə, bunu "parçalanma" adlandırdı. O, 1917-ci ildə yazdığı məqalədə bu təcrübələrin elm tarixində çox böyük rol oynayacağını vurğulamışdı.
Atomun həqiqi parçalanması və nüvə reaksiyaları
Ruterfordun təcrübələri atomun parçalanmasını anlamaq istiqamətində vacib addım olsa da, 1932-ci ildə Con Kokkroft və Ernest Uolton ilk hissəcik sürətləndiricisini yaratdılar. Bu cihaz hidrogen nüyvələrini litiuma çırparaq onu iki helium nüyvəsinə parçalayan ilk cihaz idi. Bu hadisə rəsmi olaraq "atomu parçalamaq" kimi tarixə düşdü.
Nüvə parçalanması və Manhetten Layihəsi
Bununla yanaşı, 1938-ci ildə alman alimləri Otto Han və Friz Strassman, Enriko Fermin təcrübələrini davam etdirərək uran atomunun parçalanmasını kəşif etdilər. Onlar müəyyən etdilər ki, nüvənin iki hissəyə ayrılması prosesi - yəni nüvə parçalanması - çox böyük miqdarda enerji ayrılmasına səbəb olur. Bu, sonradan Manhetten Layihəsinin və atom bombalarının əsasını qoydu.
Bəs atomu ilk parçalayan kim idi? Bu suala cavab vermək çətindir, çünki Ruterfordun, Kokkroft və Uoltonun, eləcə də Han, Strassman və Fermin səyləri bir-birini tamamlayır. Ruterford ilk nüvə reaksiyasını gerçəkləşdirən adam idi, lakin Kokkroft və Uolton "atomu ikiyə parçalayan" cihazı ixtira etdilər. Fermi və digər alimlər isə nüvə parçalanması prosesini tam olaraq başa düşüb, onu idarə oluna bilən nüvə reaktoruna çevirdilər.
Bu alimlərin işi, bugün elm dünyasında nüvə fizikasi və hissəcik tədqiqatlarının əsasını qoydu. Onların nailiyyətləri sayəsində biz bugün atom altı hissəcikləri araşdıran Böyük Adron Kollayderi (LHC) kimi cihazlara malikik və kainata dair dərin bilik əldə edirik.