Əsas səhifə » “Şeytan sifəti” sindromlu insanların necə gördüyü üzə çıxıb

“Şeytan sifəti” sindromlu insanların necə gördüyü üzə çıxıb

Bakı,AzerVoice

Prosopometamorfopsi (PMO), xəstənin digər insanların üzlərini normal qəbul etməsini dəyişən və olduqca nadir görmə pozğunluğudur.

Araşdırmalar nəticəsində xüsusi kömpüterlər vasitəsilə yaradılan görüntülər "şeytan siması" sindromlu bir insanın başqasına baxarkən nəcə gördüyünü təyin etmək mümkün olub.

Prosopometamorfopsi (PMO) xəstənin üzləri qəbul etmə tərzini dəyişdirən olduqca nadir görmə pozğunluğudur.

Elmi araşdırmalar gösrtərir ki , bu xəstəlik heç də irsi deyil və insan həyatının müxtəlif yaşlarında müşahidə oluna bilər.

Maraqlısı odur ki, bu xəstələr yalnız insanların simasına baxdıqda onları deformasiya olmuş görürlər. Bəzən bu hal digər psixi pozuntulara səbəbə olmaqla yanaşı, bu xəstələr arasında intihar halları da müşahid olunur.

Araşdırmala nəticəsində bəlli olub ki bu insanlar digərlərinin sifətində gərgin olan üz və alın əzələləri, eləcə də yanaq və çənədə dərin çuxurlar görürlər.

Xəstəliyin bir digər maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, bu xəstələr insan üzlərini fotoda və video görüntülərdə normal görürlər.
Ehtimal olunur ki, bu xəsətliyə səbəblərdən bir də, kəllə-beyin travması və güclü intoksokasiya ola bilər.

AzerVoice tərəfindən The Lancet elmi jurnalından tərcümə edilib. Təkrar dərc zamanı istinad şərtdir.

Digər Kateqoriyalar

2025 © Azervoice