BAKI, AzerVoice
Çinli alimlər Antarktidada 6 yeni cins və 7 yeni bakteriya növü aşkar ediblər.
AzerVoice xəbər verir ki, Çinin Qütb Araşdırmaları İnstitutunun (PRIC) tədqiqatçıları qütb mikroorqanizmlərinin genetik müxtəlifliyini araşdırmaq məqsədilə apardıqları ekspedisiya zamanı mühüm kəşflər ediblər. Tədqiqatçılar 3500-dən çox mikroorqanizmi standartlaşdıraraq 185 cinsə aid 30 000-dən çox nümunə toplayıblar.
Bu bakteriyalar Antarktida ekosisteminin daha yaxşı başa düşülməsi, həmçinin bioloji genetika və növ müxtəlifliyi sahəsində aparılan araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır. Alimlər bu kəşflərin iqlim dəyişikliyi və ekoloji tarazlığa təsirlərinin daha dərindən öyrənilməsinə kömək edəcəyini bildiriblər.
Qeyd edək ki, Antarktida ekstremal iqlim şəraitinə görə unikal mikroorqanizmlərin yaşadığı bir qitədir və burada aparılan elmi araşdırmalar yeni biotexnoloji və tibbi nailiyyətlərə yol aça bilər.