Əsas səhifə » Çində insanlara yoluxan yeni yarasa koronavirusu aşkar edilib

Çində insanlara yoluxan yeni yarasa koronavirusu aşkar edilib

Bakı,AzerVoice

Çin alimləri insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.

AzerVoice xəbər verir ki, COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna bənzər bu yeni virus HKU5-CoV-2 adlanır və insan hüceyrələrinə bağlana bilir.

Tədqiqata Wuhan Virusologiya İnstitutunun tanınmış virusoloqu, “yarasa qadın” kimi məşhur olan Şi Zhengli rəhbərlik edib.

Belə ki, virus insanlara birbaşa və ya ara ev sahibləri vasitəsilə keçə bilər, heyvanlardan insanlara ötürülmə riski yüksəkdir.

Yeni virus SARS-CoV-2-dən daha güclü uyğunlaşma potensialına malik ola bilər.

COVID-19 pandemiyasının mənşəyi ilə bağlı müzakirələr davam edərkən, Şi Zhengli və bəzi elm adamları virusun təbii şəkildə yayıldığını iddia edirlər. Lakin bu nəzəriyyə üçün hələ də qəti sübut tapılmayıb.

Alimlər zoonoz riskinin yüksək olduğunu və ehtiyat tədbirlərinin vacib olduğunu bildirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice