Əsas səhifə » 600 illik zinət əşyalarında meteorit parçaları tapılıb

600 illik zinət əşyalarında meteorit parçaları tapılıb

Bakı, AzerVoice

Polşada erkən dəmir dövrünə aid qədim zinət əşyalarında meteorit dəmiri aşkar edilib.

AzerVoice xəbər verir ki, araşdırmaya görə, Polşadakı qədim qəbiristanlıqda tapılan üç bilərzik, bir ayaq bilərziyi və bir iynə daxil olmaqla 26 ornament meteorit dəmiri ilə hazırlanıb.

Tədqiqatçılar bu kolleksiyanı dünyada meteorit dəmirindən hazırlanmış ən böyük arxeoloji tapıntılardan biri hesab edirlər.

Alimlərin fikrincə, eramızdan əvvəl 750-600-cü illərdə Lusat mədəniyyətinin nümayəndələri meteorit dəmirini xüsusi naxışlar yaratmaq üçün qəsdən əridərək istifadə ediblər.

Rentgen-flüoresans və elektron mikroskopiya ilə aparılan analizlər göstərib ki, bu qədim cəmiyyətlər dəmirlə işləməyi əvvəllər düşünüldüyündən daha erkən bilirmişlər.

Digər Kateqoriyalar

2025 © Azervoice