Əsas səhifə » Ahtapotların qolları necə ayrı beyinlər kimi fəaliyyə göstərir?

Ahtapotların qolları necə ayrı beyinlər kimi fəaliyyə göstərir?

Bakı, AzerVoice

Alimlər ahtapotların qollarını inanılmaz dərəcədə çevik və müstəqil şəkildə hərəkət etdirməsinə imkan verən sinir sistemi mexanizmini müəyyən ediblər.

Ahtapotlar ən ağıllı onurğasız canlılardan biri olmaqla yanaşı, səkkiz qolunu bir-birindən asılı olmadan idarə edə bilir və bu, onların unikal sinir sistemi ilə əlaqədardır. Hər qolun mərkəzində eksensial sinir kordonu (ANC) adlanan quruluş yerləşir. Bu sistem onurğa beyninə bənzər bir funksiyaya malikdir və qollardakı neyronların ümumi sayı ahtapotun baş beynindən daha çoxdur.

Çikaqo Universitetinin alimləri Kaliforniya iki xallı ahtapotları (Octopus bimaculoides) üzərində apardıqları araşdırma zamanı ANC-nin necə işlədiyini araşdırıblar.

Tədqiqatçılar qollardan götürülmüş toxuma nümunələrini incələyərək neyronların septa adlanan boşluqlarla bölmələrə ayrıldığını müəyyən ediblər. Belə ki, hər bölmə fərqli bir əzələ sahəsinə bağlıdır və vantuzlarla əlaqəli xüsusi bir sinir xəritəsi mövcuddur.

Tədqiqatçılar bildirir ki, bu tip sinir sistemi heç bir canlıda daha əvvəl müşahidə olunmayıb.

Alimlər ahtapotlarla təxminən 270 milyon il əvvəl ayrılmış kalamar növlərində oxşar sistemin olub-olmadığını da araşdırıblar.

Doryteuthis pealeii adlı kalamar növündə yalnız vantuzlu qollarda ANC-nin seqmentlərə ayrıldığı aşkar edilib. Kalamarlar əsasən ovlamaq üçün vantuzlarından istifadə etdiyi üçün ahtapotlar qədər inkişaf etmiş sinir bölmələrinə ehtiyac duymurlar.

Ahtapotların bu unikal sinir və hərəkət mexanizmi yumşaq robototexnika sahəsində yeniliklərə yol aça bilər.

“Bizim tədqiqatımız ANC-nin qolu və vantuzları idarə etməyə imkan verən dövrəsini təqdim edir. Bu, ahtapot qolunu təqlid edən yumşaq robotların hazırlanmasında istifadə oluna bilər.” - deyə tədqiqatı aparan alim Cassady Olson bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice