Bakı,
AzerVoice
ABŞ-ın Viskonsin ştatındakı Mendota gölündə alimlər bakteriyaların
fəsillərin dəyişməsinə uyğunlaşaraq genetik olaraq daim təkamül
etdiyini və daha sonra ilkin genetik vəziyyətlərinə geri döndüyünü
aşkar ediblər.
AzerVoice xəbər verir ki, Ostindəki
Texas Universitetinin tədqiqatçıları Mendota gölündən son 20 ildə
toplanmış 471 mikrobun genetik məlumatlarını təhlil ediblər.
Belə ki, Mendota gölündəki bakteriyaların təkamül səyahəti saat
mexanizmi kimi axarında işləyir.
Tədqiqat zamanı məlum olub ki, göldən götürülmüş bakteriyaların 80%-i genetik strukturlarında mövsümi olaraq dövri dəyişikliklər yaşayır. Yayda buzların əriməsi ilə yosunların sayı artır və bakteriyalar bu mühitə uyğunlaşır, qışda isə geri təkamül prosesi müşahidə edilir.
Xüsusilə 2012-ci ildə, quraq və isti keçən yay mövsümündə bakteriyaların davranışlarında dramatik dəyişikliklər qeydə alınıb. Azot mübadiləsini tənzimləyən genlərdə müşahidə olunan dəyişikliklər, bakteriyaların ətraf mühitdəki azot mənbələrinin azalmasına uyğunlaşdığını göstərib.
Bu araşdırma, ekologiya və təkamül arasındakı sıx əlaqəni vurğulayır. Bakteriyaların təkamül prosesi, göllərin karbon udma qabiliyyətindən tutmuş, su ekosistemlərində qida zəncirinin dəyişməsinə qədər bir çox mühüm ekoloji aspekti təsir edə bilər.