Əsas səhifə » İnsanlarda qocalmanın pik həddə çatdığı dövrlər müəyyən edilib

İnsanlarda qocalmanın pik həddə çatdığı dövrlər müəyyən edilib

Bakı,AzerVoice

Tapıntılar bədənimizin düşünüldüyündən daha ani dəyişikliklərə məruz qala biləcəyini ortaya qoyur.

Tədqiqatçılar insanlarda qocalma prosesinin pik həddə çatdığı iki dövr müəyyən ediblər: 44 və 60 yaş.

Alimlər müəyyən ediblər ki, bu iki yaşda orqanizmdə əhəmiyyətli molekulyar dəyişikliklər olur. Tapıntılar bədənimizin düşünüldüyündən daha ani dəyişikliklərə məruz qala biləcəyini ortaya qoyur.

Yaşlanmanın insan orqanizminə molekulyar səviyyədə necə təsir etdiyini başa düşmək üçün tədqiqat qrupu 25-75 yaş arasında olan 108 iştirakçının qan və bioloji nümunələrindən 135.000-dən çox molekul və mikrobu analiz edib.

Daha sonra onlar RNT, zülallar, metabolitlər və mikrobiomda yaşa bağlı dəyişikliklərin xəritəsini çəkərək bir neçə il ərzində təxminən 250 milyard məlumat nöqtəsini izlədilər.

Nəhayət, bu molekulların 81 faizinin iki kritik yaşda, 44 və 60-da əhəmiyyətli dəyişikliklərə məruz qaldığı aşkar edildi.

Maddələr mübadiləsi, ürək-damar sağlamlığı, immunitet funksiyası və hətta dəri və əzələ sağlamlığı ilə əlaqəli molekullar bu dövrlərdə artır və ya azalırdı.

60 yaşındakı dəyişikliklərin immunitet funksiyasının azalması və xroniki xəstəliklərin artması ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

Ancaq 44-də edilən dəyişikliklər tamamilə sürpriz oldu.

"Biz əvvəlcə 40 yaşın ortalarında qadınlarda baş verən dəyişiklikləri menopozun izah edə biləcəyini düşündük. Amma məlum olur ki, kişilər də bu dəyişiklikləri yaşayırlar. Bu, başqa, potensial olaraq daha vacib amillərin rol oynadığını göstərir",- deyə tədqiqatın müəlliflərindən biri olan Xiaotao Shen deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice