Bakı,
AzerVoice
Hər ilin əvvəlində milyonlarla insan öz həyatında yeni bir səhifə
açır və məqsədlərinə çatmaq üçün qərarlar qəbul edir, lakin, bu
qərarları sabitliklə davam etdirmək çox vaxt çətin olur.
Motivasiya psixoloqu Dr. Ian Taylor uzunmüddətli vərdişləri
formalaşdırmaq üçün 7 effektiv üsul təklif edir.
1. Bu günün işini sabaha qoyma
Yeni bir işə başlayanda onu mümkün qədər tez həyata keçirməyə
çalışın.
Günün əvvəlində enerjiniz daha çoxdur və diqqətinizi də daha yaxşı
cəmləyə bilərsiniz.
Əgər səhər adamı deyilsinizsə belə, kiçik dəyişikliklərlə bu
vərdişi qura bilərsiniz. Gün keçdikcə motivasiyanız azaldığı üçün
önəmli işlərinizi səhərlər edin.
2. Mükafat gözləmək əvəzinə , prosesi qiymətləndir
Uğurların nəticəsi adətən gözlə görünən mükafatlarla gec gəlir.
Bu isə motivasiyanı azaltmağa səbəb olur.
Məsələn, arıqlamaq istəyirsinizsə, gələcəkdə əldə edəcəyiniz
görüntüyə fokuslanmaq əvəzinə, hazırda sağlamlığınız üçün atdığınız
addımları dəyərləndirin.
Bu yanaşma yalnız pəhriz üçün deyil, digər vərdişlər üçün də
keçərlidir.
3. Düşündüyündən daha kiçik addımlarla başla
Həvəslə yeni vərdişlərə başlamaq, sonradan böyük yüklənmələrə
səbəb ola bilər. Bunun qarşısını almaq üçün daha kiçik və realist
hədəflərlə başlayın.
Məsələn, hər gün 10 səhifə kitab oxumaq çətin görünürsə, əvvəlcə
gündə 2 səhifə ilə başlayın.
Kiçik addımlarla irəliləmək uzun müddətli sabitlik təmin
edəcək.
4. Sabitlik və rutin yarat
Yeni vərdişlərin qurulmasında sabitlik əsasdır.
Yeni davranışlarınızı mövcud vərdişlərə bağlayın.
Məsələn, hər səhər qəhvənizi içərkən dil öyrənmə proqramını açın və
ya məşq edin.
Rutinlər yaratmaq vərdişlərin avtomatik hala gəlməsini
asanlaşdırır.
5. Başqaları ilə yox, yalnız özünlə rəqabət et
Başqaları ilə müqayisə aparmaq motivasiyanızı azalda bilər,
çünki nəticələr hər zaman sizin nəzarətinizdə olmur.
Əvəzində öz keçmişinizlə rəqabət edin.
Öz şəxsi inkişafınızı izləyin və hər gün əvvəlki özünüzdən daha
yaxşı olmağa çalışın.
6. Əyləncəni unutma
Motivasiyanın yalnız məntiqə əsaslanması uzunmüddətli
vərdişlərin davamlı olmasını təmin etmir.
Gördüyünüz işdən zövq almaq və prosesi əyləncəli etmək
vacibdir.
Məsələn, idman edərkən sevdiyiniz musiqiləri dinləyin və ya öyrənmə
prosesini maraqlı oyunlara çevirin.
7. Görmək istədiyin dəyişikliyin özü ol
Uzunmüddətli dəyişiklik üçün kim olmaq istədiyinizi müəyyən
edin.
Hədəflərinizi yalnız konkret nəticələr üzərində yox, kim olmaq
istədiyiniz şəxsiyyətə görə formalaşdırın.
Məsələn, özünüzü çalışqan bir insan kimi görmək istəyirsinizsə,
tənbəlliyi tərk etməli və kiçik də olsa hər gün nəticəyönümlü
addımlar atmalısınız.
Bu yanaşma ilə siz təkcə yeni vərdişlər qazanmırsınız, həm də daha
güclü şəxsiyyət formalaşdırırsınız.
Son Məsləhət - Kiçik addımlarla, böyük dəyişikliklərə doğru ilərlə.
Dr. Ian Taylor qeyd edir ki, uzunmüddətli vərdişlərin
yaradılması kiçik addımlarla başlayır və davamlı olaraq təkrarlanan
vərdişlər sizi istədiyiniz şəxsə çevirir.
Qısa müddətli işin faydaları görməyə çalışın, rutinlər yaradın və
özünüzü kiçik uğurlar üçün mükafatlandırın.