Əsas səhifə » Tək siqaret 20 dəqiqəlik həyat itkisinə səbəb olur

Tək siqaret 20 dəqiqəlik həyat itkisinə səbəb olur

Bakı, AzerVoice

Mütəxəssislərin fikrincə, çəkilən hər bir siqaret insan ömründən 20 dəqiqə qısaldır.

Əgər siqareti bir həftə dayandırsanız, ömrünüz bir gün uzana bilər. Bu nəticə London Universitet Kollecinin (UCL) tədqiqatçıları tərəfindən cari məlumatlar əsasında hazırlanmış hesablamalara əsaslanır.

2000-ci ildə aparılan bir araşdırma hər siqaretin həyatdan 11 dəqiqə oğurladığını iddia etsə də, yeni tədqiqat daha geniş məlumatlara əsaslanaraq, siqaretin təsirlərini daha dəqiq müəyyənləşdirib.

Siqaret çəkməyin bədənə təsirlərini daha aydın çatdırmaq məqsədilə tədqiqatçılar, hər siqaretin insan həyatını nə qədər qısaltdığını hesablayaraq , bu məlumatları paylaşıb. Məqsəd, siqaret çəkənləri bu zərərli vərdişi buraxmağa təşviq etməkdir.

Siqaret çəkmək, Ağciyər xərçəngi və ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin riskini artırır.

Eyni zamanda, beyin zədələnməsi və digər xroniki xəstəliklərin inkişafına səbəb ola bilər.

Tədqiqatçılar qeyd edirlər ki, bu məlumatlar siqaret çəkməyin təhlükələrini insanlara sadə və anlaşılan şəkildə çatdırmaq üçün təsirli üsuldur.

Hər bir siqaret ömrü qısaldır və bu təsir, çəkmə vərdişi, nəfəs alma tezliyi və şəxsin sağlamlıq vəziyyəti kimi amillərdən asılı olaraq dəyişə bilər. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, siqareti nə qədər tez buraxsanız, ömrünüzü bir o qədər uzada bilərsiniz.

İngiltərədəki statistikalar göstərir ki, siqaret kişilərin həyatını orta hesabla 10 il, qadınların həyatını isə 11 il qısaldır. Bu, həm Böyük Britaniyada, həm də ABŞ-da qarşısı alına bilən ölüm və xəstəliklərin əsas səbəbidir.

Tədqiqatçılar vurğulayırlar ki, siqareti azaltmaq kifayət etmir. Siqaretin yaratdığı xəstəlik risklərini aradan qaldırmağın yeganə yolu bu vərdişi tamamilə tərk etməkdir.

Digər Kateqoriyalar

2025 © Azervoice