Bakı, AzerVoice
2025-ci il yanvarın 1-dən sonra doğulan körpələr "Beta Nəsil"
adlanan yeni nəslin ilk üzvləri olacaq.
AzerVoice xəbər verir ki, araşdırma şirkəti
McCrindle, 2025-2039-cu illər arasında doğulanların Beta Nəsilinə
daxil ediləcəyini və bu nəslin 2035-ci ilə qədər dünya əhalisinin
16 faizini təşkil edəcəyini açıqlayıb.
Eyni zamanda, bir çox Beta Nəsil fərdlərinin 22-ci əsri görəcəyi də
proqnozlaşdırılır.
Beta Nəsli terminini məşhur sosial tədqiqatçı Mark McCrindle təqdim edib. O, daha əvvəl "Alfa Nəsli" ifadəsini də ortaya qoymuşdu.
Belə ki, son 100 ildə istifadə olunan nəsil təsnifatları aşağıdakı kimidir:
Beta Nəsli: 2025-2039
Alfa Nəsli: 2010-2024
Z Nəsli: 1997-2009
Y Nəsli (Millennials): 1981-1996
X Nəsli: 1965-1980
Baby Boomer Nəsli: 1946-1964
Beta Nəsli də onlardan əvvəlki Alfa Nəsli kimi texnologiya ilə formalaşacaq. Əgər Alfa Nəsli tez-tez "iPad uşaqları" kimi adlandırılırsa, Beta Nəsli süni intellekt və avtomatlaşdırmanın hakim olduğu bir dünyada böyüyəcək. Bundan əlavə, onlar iqlim böhranı, qlobal əhali dəyişiklikləri və digər böyük sosial problemlərlə mübarizə aparmaq məcburiyyətində qalacaqlar.