Əsas səhifə » Sərnişin təyyarələrinin vurulduğu 5 faciəvi hadisə

Sərnişin təyyarələrinin vurulduğu 5 faciəvi hadisə

Bakı, AzerVoice

Sərnişin təyyarələrinin vurulması tarixinə düşən bu faciələr, təkcə böyük insan itkilərinə yol açmaqla qalmayıb, həm də beynəlxalq gərginliyə səbəb olub.

Koreya Hava Yolları Uçuş 007 (1983)

1983-cü ildə Koreya Hava Yollarına məxsus Nyu-Yorkdan Alyaskaya və oradan Seula uçan 007 reysi, naviqasiya sistemindəki nasazlıq səbəbindən Sovet hava məkanına daxil olub. Sovetlər sərnişin təyyarəsini hərbi kəşfiyyat təyyarəsi ilə səhv salaraq, təyyarəni vurub və nəticədə 296 nəfər həlak olub. Sovetlər əvvəlcə məsuliyyəti qəbul etməsə də, 8 il sonra üzr istəyiblər. Bu hadisə ABŞ və Sovetlər arasında o dönəm üçün diplomatik böhran yaranmasına səbəb olub.

İran Hava Yolları Uçuş 655 (1988)

1988-ci ildə, İran-İraq müharibəsinin sonlarına yaxın, ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə etdiyi USS Vincennes gəmisinin raketi ilə Fars körfəzində İran Hava Yollarının 655 saylı reysi vurulub. Nəticədə Təyyarədə olan 290 nəfər həyatını itirib. ABŞ Hərbi Dəniz Qüvvələri təyyarəni İran qırıcısı ilə səhv saldığını etiraf edib və o dönəm ABŞ prezidenti olan Ronald Reyqan İran xalqından üzr istəyib.

Sibir Hava Yolları Uçuş 1818 (2001)

2001-ci ildə, Sibir Hava Yollarının 1818 saylı reysi, İsrailin Tel-Əviv şəhərindən Rusiyanın Novosibirsk şəhərinə gedərkən, Krımda həyata keçirilən hərbi əməliyyatlar zamanı zenit raketi ilə vurulub. 78 nəfərin olduğu təyyarə, Qara dənizə düşərək,nəticədə bütün sərnişinlər həyatını itirib. Bir həftə sonra Rusiya və Ukrayna, bu hadisənin hərbi təlimlər zamanı açılan zenit atəşi ilə təsadüfən baş vermiş ola biləcəyini açıqlayıblar. Ukrayna, ölümlə nəticələnən hadisəyə görə qurbanların ailələrinə təzminat ödəməyi üzərinə götürüb.

Malaysia Airlines Uçuş 17 (2014)

2014-cü ildə Malaysia Airlines 17 saylı reysi, Ukraynanın şərqindəki münaqişə zamanı yer-hava raketi ilə vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub. Raketin, Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasındakı toqquşmalar zamanı atıldığı bildirilib. Beynəlxalq araşdırmaların nəticələrinə görə, məsuliyyət Rusiyaya aid olsa da, Kremlin bu iddiaların hamısını rədd edib.

Ukrayna Hava Yolları Uçuş 752 (2020)

2020-ci ilin yanvar ayında, Ukrayna Hava Yollarının 752 saylı reysi, Tehrandan havaya qalxdıqdan qısa müddət sonra İran tərəfindən vurulub. Təyyarədə olan 176 nəfər həyatını itirib. İlk olaraq, İran məsuliyyəti inkar etsə də, sonradan təyyarəyə təsadüfən iki zenit raketi atıldığl məlum olub. Bir il sonra isə, hadisə ilə əlaqədar 10 İran rəsmisi məsuliyyətə cəlb olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice