Bakı,
AzerVoice
Şokoladın ləzzəti və populyarlığına baxmayaraq, həddindən artıq
tükədildikdə insan sağlamlığı üçün təhlükəli ola biləcəyi ilə bağlı
ciddi xəbərdarlıqlar var.
New York Post qəzetinin məlumatına görə, şokoladın həddindən artıq
istehlakı çəki artımı, dişlərin çürüməsi, ürək xəstəliklərinin
yaranma riski, 2-ci tip diabet və qanda xolesterinin səviyyəsinin
yüksəlməsi kimi problemlərə səbəb ola bilər.
Şokoladın bu təsirləri onun tərkibində olan teobromin adlı alkaloid birləşməsi ilə əlaqələndirilir. Teobromin müəyyən miqdarda sağlamlıq üçün faydalı ola bilsə də, çox yüksək dozalar zəhərli təsir göstərə bilər. Dr. Navid Salih qeyd edir ki, teobromin insan orqanizmində sinir, tənəffüs və ürək-damar sistemlərinə təsir edir. Bu təsirlər damar genişlənməsi və sidik ifrazının artması ilə müşayiət olunur.
Dr. Salih əlavə edir ki, teobrominin yüksək miqdarda qəbul edilməsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu problemlərə ürək döyüntüsünün artması,tərləmə və titrəmə,iştahsızlıq,şiddətli baş ağrıları,aşağı qan təzyiqi problemləri və s. daxildir.
Mütəxəssislər bildirirlər ki, 1000 milliqram teobromin təhlükəli doza hesab olunur. Təxminən 68 kiloqram ağırlığında bir insanın zəhərlənməsi üçün 68 milliqram teobromin qəbul etməsi kifayətdir.
Şokoladın teobromin tərkibi isə növünə görə dəyişir. Ağ şokolad
tərkibində çox az teobromin olduğu halda, südlü şokoladın bir
qramında təxminən 2,4 milliqram teobromin var. Tünd şokoladın isə
bir qramında təxminən 5,5 milliqram teobromin var.
Eyni zamanda, heyvanlar üçün də şokolad böyük təhlükə yarada bilər.
Heyvanlar, xüsusilə it və pişiklər, teobrominə daha həssasdır və
böyük miqdarda şokolad qəbul etdikdə onların sağlamlığına ciddi
ziyan dəyə bilər.
Şokoladın zərərli təsirlərini nəzərə alaraq, onun miqdarına diqqət yetirmək çox vacibdir. Sağlamlıq baxımından tünd şokolad daha yüksək teobromin tərkibli olduğu üçün daha çox risk daşıyır və xüsusilə ehtiyatla istehlak edilməlidir.
Nəticə olaraq, şokolad həzz verən bir qida olsa da, onun həddindən artıq miqdarda istehlakı sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Bu səbəbdən, şokoladın balanslı və təmkinli şəkildə istehlak edilməsi tövsiyə olunur.