Əsas səhifə » 50 min ildən sonra Sibirdə mamont qalıqları tapılıb

50 min ildən sonra Sibirdə mamont qalıqları tapılıb

Bakı, AzerVoice

Sibirdə Cəhənnəm Ağzı kimi tanınan kraterdə dünyanın "ən yaxşı qorunub saxlanmış" körpə mamontu tapılıb.

AzerVoice xəbər verir ki, Yana adı verilən bu mamont 50.000 ildən çox yaşayıb və yəqin ki, Buz dövründə bir yaşında olarkən belindən zədə alaraq ölüb.

Yana, Rusiyanın Yakutiya bölgəsində sürətlə genişlənən, kosmosdan görünən və Yeraltı Dünyaya qapı olaraq da bilinən Bataqay meqaslumpında, dondurulmuş halda qorunub saxlanılıb.

Dünyada tapılan yeddi körpə mamontdan altısı Rusiyadadır və Yana aralarında ən bütöv halda tapılandır.

Gələn il üzərində əsas sınaqlar aparılması nəzərdə tutulan mamontun gövdəsi aydın görünür və bədəni unikal şəkildə qorunub saxlanılıb.

Yana, Rusiyanın əbədi buzlaqlarında olan bir sıra möhtəşəm kəşflərin sonuncusu olub.

İnanılmaz qalıqlar bu yay tapılıb, ancaq indi rus alimləri tərəfindən açıqlanıb. Mamontun hündürlüyü 4 fut, çəkisi təxminən 180 kq olub.

“Müayinələr göstərir ki, baş da bütün orqanlar kimi unikal şəkildə qorunub saxlanılıb”- deyə Yakutsk Şimal-Şərqi Federal Universitetinin Mamont Muzeyi laboratoriyasının rəhbəri Maksim Çeprasov deyib.

Krateri tədqiq edən yerli sakinlər, bala mamontun yarıdan çoxunun artıq bu çuxurun divarında əridiyini görüblər.

Belə ki, bundan öncə keçən ay tədqiqatçılar, Saxa və Yakutiya bölgələrində kiçik qılınc dişli pişik balasının 32.000 illik qalıqlarını aşkar ediblər , bu ilin əvvəlində isə 44.000 illik canavar cəsədi tapılmışdı.

Digər Kateqoriyalar

2024 © Azervoice