Əsas səhifə » Emosional zəka haqqında nə bilirik?

Emosional zəka haqqında nə bilirik?

Bakı, AzerVoice

Həyatımızın hər anında müsbət və ya mənfi emosiyalara qapıla bilərik. Emosiyalar həyatımızın mərkəzindədir və bizi formalaşdıran amillərdən biridir. Müsbət və ya mənfi emosiyaların olmadığı bir həyat təsəvvür etmək olduqca çətindir.

Emosional zəka (EQ), həm öz emosiyalarımızı, həm də başqalarının emosiyalarını hiss etmə, idarə etmə, qiymətləndirmə, şərh etmə və onlara reaksiya vermə bacarığıdır. Məsələn, emosional zəka, bir anlıq duyğu vəziyyətimizi anlamağımıza və bu vəziyyətdə necə hərəkət edəcəyimizə anlamağa kömək edə bilər.

Özünüzü pis hiss etdikdə fərqli, yaxşı hiss etdikdə fərqli hərəkət edirik. Sosial bacarıqlar və münasibətlər üzərində də emosional zzəkanın böyük təsiri vardır.

Emosional zəkanın doğuştan gəlib-gəlmədiyi elm dünyasında müzakirə olunan mühüm mövzulardan biridir. Bəzi alimlər, emisional zəka qabiliyyətinin doğuşdan gəldiyini müdafiə etdiyi halda, bəziləri bunun sonradan öyrənilən və inkişaf etdirilən xüsusiyyət olduğunu vurğulayır.

İQ zəka səviyyəsini göstərir, emosional zəka isə əsasən emosiyaları idarə etmə ilə əlaqəlidir. Elm dünyasında müzakirə edilən bir digər əsas mövzu isə İQ ilə emosional zəka arasındakı qarşıdurmadır. Bəzi psixoloqlar emosional zəkanın iQ-dan daha əhəmiyyətli olduğunu irəli sürür, ancaq bu mövzuda əks arqumentlər irəli sürən və qarşı mövqedə duran psixoloqların olması, emosional zəka ilə İQ arasında müəyyən bir əhəmiyyət sıralamasının qurulmasına mane olur.

Digər Kateqoriyalar

2024 © Azervoice