Bakı, AzerVoice
İstanbul, qədim dövrlərdən bəri bir çox müxtəlif adlarla anılmışdır. Yenikapıdakı qalıqlar şəhərin tarixinin təxminən 8500 il əvvələ gedib çıxdığını və üç böyük imperiyaya paytaxtlıq etdiyini göstərir. İstanbulun ilk adı, e.ə. 667-ci ildə Megaradan gələn yunanlıların kral Byzasın şərəfinə verdikləri “Bizantion” (Byzantion) olmuşdur.
330-cu ildə Roma İmperiyasının paytaxtı elan edildikdə şəhərə
“Yeni Roma” mənasını verən “Nova Roma” adı verilmişdi, lakin bu ad
geniş yayılmadı. 337-ci ildə Roma imperatoru I Konstantinin
ölümündən sonra geniş abadlıq işləri gördüyü üçün şəhərin adı onun
şərəfinə “Konstantinopol” (Konstantinin şəhəri) olaraq dəyişdirildi
və bu ad Bizans İmperiyası dövründə rəsmi olaraq qəbul edildi.
1453-cü ildə Osmanlı İmperiyası şəhəri fəth etdi. Şəhər fəth
edildikdən sonra “Konstantiniyyə” (Konstantinopolun ərəb dilində
səsləndirilməsi), “Stanpolis”, “Dərsəadət” (xoşbəxtlik şəhəri),
“Asitanə” (böyük məkan, müqəddəs məbəd), “Darülhilafə” (xilafətin
evi) və “Makarrı Səltənət” (səltənətin yeri) olaraq
adlandırıldı.
Osmanlı dövründə bəziləri rəsmi, bəziləri xalq arasında geniş istifadə olunan bir çox adlar vardı. Sultan III Mustafa xüsusi olaraq “İslamın bol olduğu şəhər” mənasına gələn “İslambol” adını istifadə edirdi. Buna baxmayaraq, Osmanlıda ən çox istifadə edilən rəsmi ad “Konstantiniyyə” idi, həmçinin xalq arasında “Dərsəadət” və “Asitanə” adları da populyar idi.
1923-cü ildə Cümhuriyyətin qurulması ilə şəhərin rəsmi adı “İstanbul” olaraq qəbul edildi.
"İstanbul" adının kökü yunanca “stin Polis” ifadəsindən gəldiyini və bunun "şəhərə doğru" mənasını verdiyini bildirilir.
Osmanlı dövründə “şəhər” deyildikdə, hər kəsin ağlına yalnız qala divarlarının içindəki İstanbul gəlirdi.
“İstanbula gedəcəyəm” deyiləndə qala divarlarının içindəki məkan nəzərdə tutulurdu.