Bakı. AzerVoice
Qorxu təbii, güclü və ilkin bir hissdir. İstər fiziki, istərsə də psixoloji olsun, səni təhlükə və ya zərər təhdidinə qarşı xəbərdar edir. Bəzən real bir təhdiddən qaynaqlansa da, qorxu psixologiyası bəzən zehində yaratdığın xəyali çətinliklərin nəticəsində də yaranır. Qorxu hissi, hiss edilən təhdidə qarşı iki əsas reaksiyadan ibarətdir.
Sağ qalma mexanizmin, hiss edilən bir təhlükəyə qarşı bədənində müşahidə edə biləcəyin müəyyən reaksiyalarla cavab verir. Ürək döyüntüsünün sürətlənməsi, tərləmə və yüksək adrenalin kimi xüsusiyyətlər göstərən bu reaksiyalar səni sağ qalma instinkti ilə ayıq vəziyyətdə saxlayır.
Digər tərəfdən, göstərilən duyğusal reaksiya insandan insana
fərqli ola bilər. Qorxu nədir sualı bəzi insanlara adrenalin,
həyəcan kimi sözləri xatırladır. Bu insanlar ekstremal idman
növlərində nəbzini yüksəldən fəaliyyətlərdə daha uğurlu olurlar.
Bəzi insanlar üçün isə vəziyyət əksinədir; bu hissə qarşı mənfi
düşüncələri olur və nə bahasına olursa olsun, bu vəziyyətdən qaçmaq
istəyirlər.
İnsanlar bu hissi müxtəlif formalarda yaşaya bilərlər. Geniş
şəkildə müşahidə edilən simptomlar sinə ağrısı, nəfəs darlığı,
sürətli ürək döyüntüsü, ürək bulanması, tərləmə, titrləmə, ağız
quruluğu, fiziki əlamətlərlə yanaşı, kədər, boğulma hissi, nəzarəti
itirmə və ya yaxınlaşan ölüm hissiyyatı kimi psixoloji
əlamətlərdir. Bu, panik pozuntusu, sosial anksiyete pozuntusu, əldə
edilmiş müəyyən fobiyalar və travma sonrası stres pozuntusunun
əlaməti olaraq göstərdiyin bir reaksiya ola bilər.
Qorxu nədir sualının cavabı olduqca mürəkkəbdir, çünki qorxunun
səbəbləri tək və yeganə deyil. Bəziləri keçmişdə yaşanmış mənfi
təcrübələrdən qaynaqlana bilər, bəziləri isə nəzarəti itirmə
narahatlığı kimi tamamilə fərqli bir səbəbdən yarana bilər.
İnsanlar bəzi təhrikedici əşyalardan və yaxud canlılardan da qorxa
bilər.
Müəyyən əşyalar və ya vəziyyətlər (hörümçəklər, ilanlar, yüksəklik, təyyarə və s.), ağlında qurduğun xəyali hadisələr kimi səbəblər də qorxuya səbəb ola bilər.