Əsas səhifə » Şeytanın cinsiyyəti varmı?
Din

Şeytanın cinsiyyəti varmı?

Bakı,AzerVoice

Bu gün ən çox soruşulan sullardan biri də “Şeytanın cinsiyyəti nədir?”- sualıdır. İslam inancına görə, şeytan cin tayfasındandır. Cinlərdə erkək və dişi olduğu üçün şeytanlarda da eyni vəziyyət var.

“Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!” (Qurani-Kərim 18/50).

Baxmayaraq ki burda şeytanın nəsli ifadəsi keçsə də onun cinsiyyəti haqqında heç bir bilgi yoxdur.

Şeytanların atası olan cinin cinsi haqqında da çox fərqli fikirlər və şərhlər var. Bunların doğru olub-olmadığını Allah bilir.
Ərəb dilində fellər muzəkkər (kişi) və müənnəs (qadın) kimi müxtəlif birləşmələrdə işlənir. Qurani-Kərimdə şeytanla bağlı ifadələr kişi cinsində istifadə edilir. Bu, şeytanın kişi olduğuna dəlil ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice