Əsas səhifə » Cəbrayılda ANAMA əməkdaşı minaya düşüb

Cəbrayılda ANAMA əməkdaşı minaya düşüb

BAKI, AzerVoice

Cəbrayıl rayonunun Mehdili kəndində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışına məruz qalıb.

Hadisə nəticəsində Heydər Xankişiyevin sağ ayağının topuq nahiyyəsi amputasiya olunub. O, dərhal rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Digər Kateqoriyalar

2025 © Azervoice