23

Bakı, AzerVoice
Xocalı rayonunda mina hadisəsi baş verib.
AzerVoice xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.
Belə ki, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.
Minaya düşən Ağdərə sakini Nağı İmanov ərazidən çıxarılıb. Ağdam Təcili Tibbi yardım əməkdaşları onu Bərdə Diaqnostika Mərkəzinə aparıb.
Faktla bağlı araşdırma aparılır.
