Bakı, AzerVoice
11.02.2025-ci il tarixdə saat 18:00 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində sürücü Nəhmədov Qamət Sahib oğlu idarə etdiyi "Mercedes" markalı, 90-DH-388 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına aşırıb.
Bu barədə AzerVoice-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində sürücü Q.Nehmədov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata əsasən, təhlillər onu deməyə əsas verir ki, minik nəqliyyat vasitələrinin yoldan çıxaraq aşmasının səbəbləri əsasən aşağıdakılardır:
- Sürət həddinin aşılması – Yüksək sürətlə hərəkət edərkən
avtomobilin idarə olunması çətinləşir və döngələrdə yol tutuşu
azalır.
- Sürüşkən və ya pis yol şəraiti – Qar, buz, yağış və ya qum
avtomobilin təkərlərinin yol tutuşunu azaldaraq sürüşməsinə səbəb
ola bilər.
- Ani və kəskin manevrlər – Qəfil dönmələr və ya ani əyləcləmə
nəticəsində avtomobilin stabilliyi pozula bilər.
- Təkərlərin nasaz olması – Köhnəlmiş və ya standartlara uyğun
olmayan təkərlər (məsələn, qışda yay təkərləri) yol tutuşunu
zəiflədir və qəza riskini artırır.
- Asqı və sükan sistemindəki problemlər – Avtomobilin asqı və sükan
sistemində nasazlıqlar idarəetməni çətinləşdirə bilər.
- Sərxoş və ya yorğun sürücü – Spirtli içki və ya narkotik
maddələrin təsiri altında, həmçinin yorğunluq səbəbilə sürücünün
refleksləri zəifləyir.
Qeyd edilib ki, bu hadisələrin qarşısını almaq üçün sürücülər diqqətli olmalı, avtomobillərini mütəmadi olaraq yoxlamalı və hava şəraitinə uyğun sürüş tərzi seçməlidirlər.
![](https://www.azervoice.com/media/2025/02/12/neftcala_qeza_voa_1.jpg)
![](https://www.azervoice.com/media/2025/02/12/neftcala_qeza_voa_3.jpg)