89
Bakı, AzerVoice
Kayman adaları sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
AzerVoice-un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Corctaun şəhərindən 210 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Kayman adalarında 7,6 bal gücündə zəlzələ baş verib