Əsas səhifə » Azərbaycan-Ermənistan sərhədində ardıcıl zəlzələlər baş verib

Azərbaycan-Ermənistan sərhədində ardıcıl zəlzələlər baş verib

Bakı,AzerVoice

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21 dekabr 2024-cü il tarixində, yerli vaxtla saat 03:01-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində ardıcıl olaraq 4.8, 3 və 3.8 maqnituda gücündə zəlzələlər qeydə alınıb.

AzerVoice xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmadığını bildirib.

Zəlzələlərin episentri sərhəd bölgəsində yerləşib və təsir zonası geniş olmamışdır. Respublika Seysmoloji Xidmət Mərkəzi ərazidə seysmoloji vəziyyəti müşahidə etməyə davam edir.

xxx

04:20

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bürodan bildirilib ki, yerli vaxtla saat 03:01-də baş verən yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

xxx

03:35

Dekabrın 21-də yerli vaxtla saat 03:01-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin maqnitudası 4,5 bal təşkil edib. Yeraltı təkanların episentri İstisu qəsəbəsindən cənubda, 35 km dərinlikdə yerləşib.

Hazırda təbii fəlakətin yaratdığı mümkün ziyan və nəticələr araşdırılır.

Digər Kateqoriyalar

2024 © Azervoice