Əsas səhifə » Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakı, AzerVoice

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində beynəlxalq axtarışa verilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Nazirlikdən AzerVoice-a bildirilib ki, noyabrın 2-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq həbs edilib.

Digər Kateqoriyalar

2024 © Azervoice