49
Bakı, AzerVoice
Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerVoice-a verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Görülən tədbirlər nəticəsində silahlı şəxs xidməti tabel silahı
tətbiq olunmaqla zərərsizləşdirilib. Hadisə zamanı bir polis
əməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq
götürülüb.
Faktla bağlı araşdırma aparılır.