Əsas səhifə » Tarixdə bu gün — 1 Sentyabr

Tarixdə bu gün — 1 Sentyabr

Bakı, AzerVoice

1846 Türkiyədə Sultanahmetdə Darülfünun binasının təməli qoyuldu.

1868 İstanbulda Qalatasaray Liseyi açıldı.

1879  Gürcüstan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.

1919 Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Xalq Cümhuriyyətinin parlamenti həmçinin 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.

1920 Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib.

1920 Fransızlar paytaxtı Beyrut olan Livan dövlətini qurdular.

1922 Ümumdünya Sülh Günü

1923 Yaponiyanın Tokio və Yokohama şəhərlərində zəlzələ: 300 min insan öldü.

1924 Dünyanın məşhur milyonçusu, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ölüm günü. 34 yaşında (1872) sahibkarlığa başlayan Hacı Zeynalabdin qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət tapır: paytaxt Bakıda toxuculuq fabriki, milli teatr binası tikdirir, məktəb və mədəni-maarif cəmiyyətlərinin açılması, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edir. O, 1911-ci ildə “Xəzər manifakturası”, 1916-cı ildə isə “Tağıyev balıq sənayesi” səhmdar cəmiyyətlərini qurub. 10-11 il ərzində (1872-1917) Hacı Zeynalabdin Tağıyevin kapitalı təxminən 30 milyon manata çatıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduğu zaman Z.Tağıyevin bütün əmlakı milliləşdirilib, özünə yalnız Mərdəkandakı bağında yaşamağa icazə verilib. O, elə həmin bağda 1924-cü il sentyabrın 1-də vəfat edib. (1838 - 1924)

1925 Türkiyənin Ankara şəhərindı Birinci Tibb Konqresi keçirildi.

1927 Türkiyədə vətəndaş nikahı məcburi oldu.

1928 -Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan etdi.

1939 Almaniya Polşaya hücum etdikdən sonra İkinci Dünya Müharibəsi başladı. Dünya Sülh Günü milyonlarla insanın həlak olduğu müharibənin başlanmasının 50-ci ildönümündə elan edilib.

1949 Azərbaycanda icbari yeddiillik təhsilə keçid başlayıb. Sovet hökuməti hələ 30-cu illərin sonunda bununla bağlı qərar qəbul etmişdi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitdi.

1951 Londonda dünyanın ilk supermarketi açıldı.

1951 Liviyanın Respublika Günüdür. Şimali Afrikanın bu dövləti 1951-ci ildə müstəqillik qazanıb, 1969-cu il sentyabrın 1-də isə Liviya Xalq Sosialist Ərəb Cümhuriyyəti elan olunub.

1953 Anıtkabir açıldı və Mustafa Kamal Atatürkün cənazəsi qoyuldu.

1962 İranda zəlzələ nəticəsində 20.000 insan həlak olub.

1969 Müəmmər Qəddafi Liviyada hərbi çevrilişlə Kral I İdrisi devirdi.

1974 Mağustanın Muratağa və Sandallar kəndlərindən 88 türkün öldürüldüyü, yandırıldığı və bir çuxurda basdırıldığı (Muratağa, Sandallar və Atlılar qırğını) ortaya çıxdı.

1985 Amerika okeanoqrafı Robert Ballard və komandası Atlantik Okeanında 4000 metr dərinlikdə iki hissəyə bölünmüş RMS Titanik gəmisinin qalıqlarını tapdılar.

1992 Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurub.

1993 Müharibə Əleyhinə Dərnək yaradıldı.

2002 Cənubi Koreyada son 40 ilin ən şiddətli qasırğasında ölənlərin sayı iki gündə təxminən 200 nəfərə çatmışdı.

2010 Bakıda Dövlət Bayrağı meydanının təntənəli açılışı olub.

 2017  Myanmar təhlükəsizlik qüvvələri Arakanda vətəndaşları hədəfə alaraq təxminən 400 müsəlmanı qətl etdi.

Digər Kateqoriyalar

2025 © Azervoice