Əsas səhifə » İstanbulun fəthi necə baş verdi?

İstanbulun fəthi necə baş verdi?

BAKI,AzerVoice

6 aprel 1453-cü ildə Osmanlı ordusu Bizans divarlarının önündə idi. Həmin gecədən etibarən top atəşləri ilə divarlar döyülməyə başladı. Lakin yıxılan hissələr dərhal Bizans müdafiəçiləri tərəfindən doldurulurdu.

Osmanlı donanması da körfəzə daxil olmağa cəhd etdi, lakin uğur qazana bilmədi.

18 aprel tarixində ilk böyük hücum həyata keçirildi, lakin dörd saat davam edən döyüş nəticə vermədi.

20 apreldə isə Papanın göndərdiyi üç Ceneviz gəmisi Osmanlı donanması ilə döyüşərək körfəzə daxil olmağı bacardı. Bu məğlubiyyət Osmanlı ordusunda ciddi mənəvi düşkünlüyə səbəb oldu və bəzi əsgərlər qaçmağa başladılar.

Lakin Osmanlılar öncədən planlaşdırılmış bir taktikaya əl atdılar. Meşəlik ərazidə inşa edilmiş Osmanlı gəmiləri qurudan sürüklənərək körfəzə endirildi.

Bu hərbi uğur Bizans ordusunun mənəviyyatını sarsıtdı və Osmanlı ordusuna yeni ruh verdi.

Qarşılıqlı hücumlar və mühasirənin uzanması

7 və 12 may tarixlərində Osmanlı ordusu daha iki böyük hücum həyata keçirdi, lakin yenə də nəticə alınmadı.

Bundan sonra Osmanlı toplarının əksəriyyəti TopqapıEdirnəqapı arasındakı bölgəyə yönləndirildi və əsas hücum bu istiqamətdə davam etdirildi.

Fəthin uzanması Avropadan gələcək yardım ehtimalı ilə Osmanlı ordusunu çətin vəziyyətə saldı. Bu müddətdə Venesiya donanması Egey dənizinə gəldi.

25 mayda Bizansa sonuncu dəfə təslim olmaq təklifi göndərildi. Bizans daxilində şəhəri təslim etmək istəyənlər olsa da, sonda qərar verildi ki şəhər təslim edilməsin.

Bu arada Macarıstan ordusunun yardıma gəldiyi xəbərləri Osmanlı ordusunda gərginlik yaratdı.Veziriazam Çandarlı Halil Paşa əvvəldən olduğu kimi mühasirənin qaldırılmasını təkid edirdi. Lakin Zağanos Paşa, Şehabəddin Paşa, Turxan bəy və Akşəmsəddin hücumun davam etdirilməli olduğunu bildirdilər.

Nəhayət, böyük bir hücum həyata keçirilməsi qərara alındı və Osmanlı əsgərləri şəhəri fəth etdilər.

Digər Kateqoriyalar

2025 © Azervoice