Əsas səhifə » Sultan Suleyman Qanuniyə Qarşı Üsyan Necə Başladı

Sultan Suleyman Qanuniyə Qarşı Üsyan Necə Başladı

BAKI,AzerVoice

1525-ci ildə İstanbulda yeniçərilər yenidən üsyan edərək şəhərin böyük bir hissəsini talan etdilər.

O dövrdə vəzirlik pillələrini sürətlə qalxan Veziriazam Makbul İbrahim Paşa, 1524-cü ildə Misirdə üsyan edən Hain Əhməd Paşanı yatırmaq üçün səfərə çıxmışdı. Bunu fürsət bilən onun əleyhdarları yeniçəriləri qızışdıraraq üsyana təhrik etdilər.

Osmanlı Sultanı Süleyman Qanuni o zaman Edirnədən yeni dönmüş və Kağıthanədə idi. Padşahın yoxluğundan istifadə edən yeniçərilər 16 may 1525-ci ildə üsyana qalxdılar.

İlk hədəfləri:

Veziriazam İbrahim Paşanın sarayı
Vezir Ayas Paşanın iqamətgahı
Defterdar Abdüssəlamın evi
Gömrük məntəqələri, dükanlar və xalqın evləri

Yeniçərilər şəhəri talan etdilər, lakin ertəsi gün üsyanı ört-basdır etməyə çalışaraq Ağa qapısına (yeniçərilərin idarə mərkəzinə) gələrək belə dedilər:
"Bizim bu fitnə və üsyandan xəbərimiz yoxdur, biz buna razı deyilik. Araşdırın və günahkarları tapın!"

İstanbulda baş verənləri eşidən Qanuni Sultan Süleyman dərhal Kağıthanədən dəniz yolu ilə şəhərə qayıtdı.

İlk işi geniş istintaq aparmaq oldu. Sürətlə araşdırma aparıldı və yeniçəriləri üsyana qaldırdığı sübut edilən Yeniçəri Ağası Mustafa Ağa dərhal edam edildi!

Mustafa Paşanın kethüdası Bali və Reisülküttab (Baş katib) Haydar üsyana qarışdıqları üçün həbs olundular və bir müddət sonra edam edildilər.

Qanuni Sultan Süleymanın sürətli və sərt müdaxiləsi nəticəsində üsyan genişlənmədən yatırıldı.

Bununla Osmanlı dövlətində yenə də Sultan hakimiyyətinin sarsılmaz olduğu bir daha göstərildi!

Digər Kateqoriyalar

2025 © Azervoice