Bakı,AzerVoice
1525 İtaliyanın Pavia şəhərində fransız və alman qüvvələri toqquşub.
1910 Gözəl Sənətlər Məktəbinin (Memar Sinan Gözəl Sənətlər Universiteti) qurucusu, rəssam və muzey kuratoru Osman Həmdi bəy vəfat edib.
1912 Beyrut döyüşü İtaliyanın qələbəsi ilə nəticələndi.
1918 Estoniya Rusiyadan müstəqilliyini elan etdi.
1918 Trabzon rus işğalından azad edildi.
1945 Misir prezidenti Əhməd Məhər Paşa parlamentdə qətlə yetirilib.
1946 Xuan Peron Argentinanın prezidenti oldu.
1951 Kırşehirdə Atatürkün büstünə hücum edilib.
1955 Bağdadda Türkiyə ilə İraq arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi (CENTO) imzalanıb. Daha sonra Böyük Britaniya, İran və Pakistan üzv, ABŞ isə müşahidəçi kimi qoşuldu.
1977 Cənub-Şərqi Jurnalistlər Cəmiyyəti yaradıldı.
1977 Türkiyəli fizik Prof.Dr. Feza Gürsey Oppenheimer mükafatına və Eynşteyn medalına layiq görülüb.
1981 Afinada Rixter cədvəli üzrə 6,7 bal gücündə zəlzələ baş verib. 16 nəfər ölüb.
1999 Çinə məxsus Tupolev TU-154 təyyarəsi Vençjou hava limanına enərkən qəzaya uğrayıb, nəticədə 61 nəfər ölüb.
2002 Solt-Leyk Sitidə (Yuta ştatı, ABŞ) keçirilən Qış Olimpiya Oyunları başa çatıb.