Əsas səhifə » İstanbulun mühasirəsi necə baş verdi?

İstanbulun mühasirəsi necə baş verdi?

BAKI,AzerVoice

6 aprel 1453-cü ildə Osmanlı ordusu Bizans divarlarının qarşısında idi. 6 aprel gecəsindən etibarən divarlar toplarla atəşə tutulmağa başladı. Buna baxmayaraq, qalanın dağılan yerlər müdafiəçilər tərəfindən dərhal doldurulurdu.

Eyni zamanda, Osmanlı donanması da körfəzə girməyə çalışdı, lakin uğur qazana bilmədi. 18 apreldə ilk böyük hücum həyata keçirildi, lakin dörd saat davam edən hücum nəticəsiz qaldı. 20 apreldə Papanın göndərdiyi üç gəmi ilə Osmanlı donanması arasında dəniz döyüşü baş verdi və Osmanlılar bu döyüşü uduzdu. Papanın göndərdiyi gəmiləri körfəzə daxil oldu. Bu məğlubiyyət Osmanlı ordusunda böyük ruh düşkünlüyünə səbəb oldu və əsgərlər arasında az da olsa təşviş yarandı.

Osmanlılar buna çox öncədən düşünülmüş bir manevrlə cavab verdilər. Meşəlik ərazidə inşa edilən Osmanlı gəmiləri qurudan hərəkət etdirilərək körfəzə endirildi. Bu uğur Bizansın ruhdan düşməsinə, Osmanlı ordusunun isə cəsarətinin artmasına səbəb oldu.

Qalanın alınması üçün 7 və 12 may tarixlərində iki böyük hücum edilsə də, nəticə əldə olunmadı. Bundan sonra Osmanlı toplarının əksəriyyəti Topqapı-Edirnəqapı arasına yönəldildi və bu bölgəyə daha çox təzyiq göstərilməyə başlandı.

Mühasirənin uzanması Avropadan kömək gəlmək ehtimalına görə Osmanlı ordusunu çətin vəziyyətə salmışdı. Bu vaxt Venesiya donanması Egey dənizinə gəldi. 25 mayda Bizansa son dəfə təslim ol çağırışı edildi. Bizans daxilində şəhəri təslim etmək istəyənlər oldu, lakin kilsə buna şiddətlə qarşı çıxdılar.

Bu zaman macarların köməyə gəldiyi xəbərləri Osmanlı ordusunun ruh düşkünlüyünə səbəb oldu. Təhlükə böyük idi. Vəziri-əzəm Çandarlı Həlil Paşa mühasirənin qaldırılması fikrində israr etdi. Lakin Zağanos Paşa, Şehabəddin Paşa, Turahan bəy və Akşəmsəddin hücuma davam edilməli olduğunu bildirdilər.

Digər Kateqoriyalar

2025 © Azervoice