Bakı,AzerVoice
1695 Sultan II Əhmədin ölümü və II Mustafanın taxta çıxması.
1951 ABŞ-ın Nyu-Cersi ştatında sərnişin qatarı aşıb: 85 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
1952 II. Elizabet atasının ölümündən sonra İngiltərə kraliçası oldu.
1958 Münhen hava limanının uçuş zolağında təyyarə qəzası; 44 sərnişindən 23-ü, o cümlədən Mançester Yunaytedin 7 futbolçusu (kapitan Rocer Birn, Mark Cons, Eddi Kolman, Tommi Taylor, Liam Uilan, Devid Peqq və Geoff Bent) və 8
jurnalist həlak olub.
1981 İstanbul Polis İdarəsinin rəis müavini Mahmud Diklər silahlı hücumda həlak olub.
1983 "Lyon qəssabı" ləqəbli hərbi cinayətkar və keçmiş Gestapo komandiri Klaus Barbi 37 il əvvəl törətdiyi cinayətlərə görə mühakimə olunmaq üçün Fransada məhkəmə qarşısına çıxıb.
1992 İstanbul Dövlət Təhlükəsizlik Məhkəmələri (DGM) Baş prokuroru Yaşar Günaydın, mühafizəçisi və sürücüsü silahlı hücumda həlak olub.
2001 Ariel Şaron İsrailin baş naziri oldu.
2004 Moskva metrosunda partlayış; Çeçen separatçı qruplar
tərəfindən həyata keçirildiyi güman edilən hücumda 40 nəfər ölüb,
129 nəfər yaralanıb.
2023 6 fevral 2023-cü il tarixində Kahramanmaraşın Pazarcık
rayonunda 7,7 bal gücündə zəlzələ baş verib.Türkiyənin cənubunda 11
şəhər böyük bir sarsıntı yaşadı. 9 saat sonra 7,6 bal gücündə daha
bir zəlzələ baş verib. 500 atom bombası gücündə zəlzələlər 120 min
kvadrat kilometr ərazidə təsirli olub.
İki zəlzələ özləri ilə daha əvvəl heç vaxt şahidi olmayan
görüntüləri gətirdi. Hatayda 400 metr uzunluğunda nəhəng çat
meydana gəlib. Nurdağı Gökçedere kəndi ikiyə bölündü,
Kahramanmaraşın Çiğli kəndi 6,5 metr, Değirmenkaya kəndi isə 6 metr
sürüşdü. Ümumilikdə 105 saniyə ərzində regionda yaşayan 53 min 537
nəfər həyatını itirib, 107 min nəfər isə yaralanıb. 38 min 901 bina
dağılıb, 200 min 250 binaya ciddi ziyan dəyib.
Milli Müdafiə Nazirliyinə aid 'Bayraktar' və 'Sancaktar'
İskəndərunda xəstəxana gəmiləri kimi xidmət etməyə başladı.
Yardım və ianə kampaniyaları təşkil edildi. Türkiyə zəlzələ
qurbanları üçün birlik oldu. Bəziləri paltar və yemək göndərdi.
Uşaqlar cib pullarını və oyuncaqlarını, kəndlilər heyvanlarını
sataraq pulu zəlzələdən zərərçəkənlərə bağışladılar.